reklam
“Əlinə düşən ən kiçik fürsəti belə qola çevirə bilir”...
Sportfm.az xəbər saytı

“Əlinə düşən ən kiçik fürsəti belə qola çevirə bilir”...İsveçdən mesaj var


Sportfm.az saytı "Qarabağ”-"Höteborq”  matçı öncəsi klubun sabiq futbolçusu, hazırda İsveçdə yaşayan Yalçın Bağırovun fikirlərini öyrənib. Saytımıza açıqlama verən Bağırov "Qarabağ” üçün bu gün çox çətin olacağını bildirib: 
"Höteborq” çox köklü klubdur,  iki dəfə UEFA kubokunu öz muzeyinə aparıb. Mən bu klubun baş məşqçisini yaxından tanıyıram. Belə ki, o 2007-ci ildə  İsveçin 17 yaşlılardan ibarət yığmasının baş məşqçisi kimi çalışırdı. Uğurlu fəaliyyətdən sonra "Höteborq”a dəvət olundu. Bu məşqçi fiziki güc futboluna üstünlük verən mütəxəssisdir.  Komandanın heyətində ən ehtiyat edəcəyimiz futbolçu "Sanderlend”də çıxış etmiş təcrübəli forvard Tobias Hyusendi. Əlinə düşən ən kiçik fürsəti belə qola çevirə bilir. "Qarabağ”  üçün əsas qol buraxmamaqdı. Qurban Qurbanovun komandasının qol buraxmadan, iki qol vuracağına ümid edirəm. Ancaq təbii ki, rəqibi hesabdan silmək olmaz. İsveçlilər Bakıya məğlub olmağa getmirlər. Ona görə düşünürəm ki, komandamız  üçün çox çətin olacaq. İsveç klubunun uzun illərdi qrup mərhələsinə vəsiqə qazana bilməməsinin və hazırda bu vəzifənin öhdəsindən gəlməyə çox yaxın olduğunu nəzərə almaq lazımdı”. 
 
Yalçın Bağırov "Qarabağ" forması ilə(aşağıda sağda)

Oxşar xəbərlər

“Höteborq”un planları dəyişdi
“Bakının istisində futbol oynamaq çox çətindi”
Avropa Liqası: “Qarabağ” İsveçdən məğlub qayıdır
“Höteborq”un prezidenti: "Bizi “Qarabağ”la çətin matçlar gözləyir"
"Qarabağ"ın rəqibini yaxından tanıyaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər