reklam
“Bakının istisində futbol oynamaq çox çətindi”
Sportfm.az xəbər saytı

“Bakının istisində futbol oynamaq çox çətindi”


"Olduqca güclü komandaya qarşı mübarizə apardıq. Fikrimcə, düzgün taktika sayəsində qələbə qazandıq". Futbolinfo.az xəbər verir ki, bunu İsveçin "Höteborq" klubunun yarımmüdafiəçisi Mads Albek deyib. Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ı qəbul edən isveçlilər ilk görüşdən minimalhesablı (1:0) qalibiyyətlə ayrılıblar.
 
Oyunla bağlı Danimarka mətbuatına açıqlama verən 26 yaşlı futbolçu müdafiə futbolu oynamağa məcbur olduqlarını bildirib: "Rəqib topla oynamağı sevən komandadı. Bu səbəbdən topsuz çox qaçmalı olduq. Geriyə çəkilməyimiz taktiki gediş idi ki, bu da uğurlu nəticələndi. Ancaq bu hesab bizi arxayınlaşmamağa vadar edir. Bilirik ki, rəqib Bakıdakı revanşı gözləyir. Bakının istisində futbol oynamaq çox çətindi. "Qarabağ" hücuma atılacağından, yenə müdafiəyə çəkilib, əks-hücumlara bel bağlayacağıq. Burdakı kimi, səfərdə də müdafiədə boşluq buraxmaq olmaz".
 
Danimarkalı vitse-kapitan azarkeş dəstəyindən məmnun qalmadığını da əlavə edib: "Avrokuboklarda qrup mərhələsinə düşmək yolunda evdə son oyunumuzu keçirsək də, tribunalardakı boşluqlar məni təəccübləndirdi. Bunu başa düşə bilmirəm. Şəhərdə hamı deyir ki, bu, "Höteborq" futbol tarixində son 15 ilin ən önəmli matçıdı. Amma 500-600 min insandan cəmi 11 mini stadiona gəlmişdi".
 
Qeyd edək ki, 18 min 416 nəfərlik tutuma malik "Qamla Ullevi" stadionunda "Höteborq" – "Qarabağ" görşünü 11 min 458 azarkeş izləyib.

Oxşar xəbərlər

“Əlinə düşən ən kiçik fürsəti belə qola çevirə bilir”... İsveçdən mesaj var
“Höteborq”un planları dəyişdi
Avropa Liqası: “Qarabağ” İsveçdən məğlub qayıdır
“Höteborq”un prezidenti: "Bizi “Qarabağ”la çətin matçlar gözləyir"
"Qarabağ"ın rəqibini yaxından tanıyaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər