reklam
Güləşçilərimizin dünya çempionatında ilk rəqibləri müəyyənləşdi
Sportfm.az xəbər saytı

Güləşçilərimizin dünya çempionatında ilk rəqibləri müəyyənləşdi


Oktyabrın 20-də Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə dünya çempionatı start götürəcək.

Sportfm.az xəbər verir ki, yarışın keçiriləcəyi “Laslo Papp” İdman Sarayında çempionatın ilk günündə 4 kateqoriyada mübarizə aparacaq sərbəst güləşçilərin püşkatma mərasimi keçirilib. 61, 74, 86 və 125 kiloqram çəki dərəcəsində çıxış edən pəhləvanların ilk rəqibləri müəyyənləşib.

Yığmamızın üzvlərindən ikisi təsnifat, ikisi isə 1/16 final mərhələsindən mübarizəyə başlayacaq. Təsnifat mərhələsində Pərviz İbrahimov (61 kq) kanadalı Skott Şiller, Cəmaləddin Məhəmmədov (125 kq) isə Almaniya təmsilçisi Nik Matyuxin ilə qarşılaşacaq.

Onaltıdabir final mərhələsindən mübarizəyə qoşulacaq güləşçilərimiz Abubakr Abakarov (74 kq) israilli Honak Raşamin, Murad Süleymanov isə Sudan güləşçisi Quma Bəşir ilə görüşdə gücünü sınayacaq.

Qeyd edək ki, oktyabrın 28-dək davam edəcək çempionatın görüşləri hər gün Bakı vaxtı ilə 12.30-da start götürəcək.

Oxşar xəbərlər

Güləşçilərimizin rəqibləri məlum oldu - Avropa çempionatı
Vəlizadə Eloyana qarşı - Sərbəst güləşçilərin DÇ-də ilk rəqibləri müəyyənləşdi
Güləşçilərimizin rəqibləri müəyyənləşdi - Dünya çempionatı
Güləşçilərimizin rəqibləri bilindi - Fərdi Dünya Kuboku
Azərbaycan güləşçilərinin DÇ-də ilk rəqibləri müəyyənləşdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər