reklam
Dünya çempionatının ilk günündə altı azərbaycanlı idmançı yarışacaq
Sportfm.az xəbər saytı

Dünya çempionatının ilk günündə altı azərbaycanlı idmançı yarışacaq


Oktyabrın 17-də Bahama adalarının paytaxtı Nassau şəhərində gənclər arasında cüdo üzrə dünya çempionatı start götürür. Çempionatda Azərbaycan yığması da iştirak edir.

Sportfm.az xəbər verir ki, çempionatın ilk günündə tatami üzərinə altı azərbaycanlı cüdoçu çıxır: 55 kq çəki dərəcəsində Balabəy Ağayev Emerson Silva (Braziliya) – Buxçulun Davanıyam (Monqolustan), Rövşən Əliyev isə Livan Rodriqes (Kolumbiya) və Canad Feşko (Macarıstan) görüşlərinin qalibləri ilə qarşı-qarşıya gələcəklər.

66 kq çəki dərəcəsində Kəramət Hüseynov Uqo Veraya (Çili), Tofiq Məmmədov isə Brayan Qarboa (Ekvador) – Qenki Koqa (Yaponiya) görüşünün qalibinə qarşı tatami üzərinə çıxacaqlar.

Qızların 44 kiloqramadək çəki dərəcəsində Ramilə Əliyeva braziliyalı Amanda Arraeşlə, Şəfəq Həmidova isə ispaniyalı Miree Rodriqeslə qarşılaşacaqlar.

Oxşar xəbərlər

Uzaq Ekvadorda bürünc medal - Dünya Çempionatı
2 cüdoçumuz Qran-pridə mübarizəyə başlayır - Portuqaliyada
Cüdoçularımız mübarizəyə başlayır - Dünya çempionatı
Dünya çempionatında ölkəmizi 9 cüdoçu təmsil edəcək
Cüdoçularımız Avropa çempionatının ilk günündə 4 medal qazandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər