Cüdoçularımız Avropa çempionatının ilk günündə 4 medal qazandı
Sentyabrın 13-də Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə cüdoçular arasında Avropa çempionatı başlayıb.
Sportfm.az xəbər verir ki, çempionatın ilk günündə Azərbaycan millisi 4 medal qazanıb.
Turnirdə 60 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Tofiq Məmmədov finaladək inamla irəliləyib. Həlledici görüşdə rusiyalı Konstantin Simeonidisə qalib gələn T.Məmmədov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Çempionatda 55 kiloqram çəki dərəcəsində çıxış edən idmançılarımız Rövşən Əliyev gümüş, Balabəy Ağayev isə bürünc medala sahib olublar.
Qızların mübarizəsində 44 kiloqram çəki dərəcəsində Şəfəq Həmidova yarışı üçüncü pillədə başa vurub.
Sentyabrın 16-dək davam edəcək çempionatda 42 ölkədən 400-dən çox cüdoçu birincilik uğrunda mübarizə aparır.
Oxşar xəbərlər
İdmançımız dünya çempionu oldu
Sabah Bakıda cüdo üzrə dünya çempionatına start veriləcək
Azərbaycanlı ağır atlet Avropa çempionu oldu - FOTO
Cüdoçularımız Avropa birinciliyinin ilk günündə iki medal qazandı - FOTO
Azərbaycan birinciliyində qaliblər müəyyənləşdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası