Fransa klubu azarkeşlərdən yardım istədi
Fransanın “Nim” klubu Türkiyə təmsilçisi “Konyaspor”un futbolçusu Samuel Eto`Onu transfer etmək üçün azarkeşlərə müraciət edib.
Sportfm.az xəbər verir ki, yeni mövsümdə Liqa 1-də mübarizə aparacaq “Nim” 37 yaşlı kamerunlu hücumçunun alınmasından ötrü tərəfdarlından maddi yardım istəyib. Eto`Onun transfer dəyərinin 1 milyon avro olduğu söylənilir.
“Nim” klubunun müraciətinə forvardın özü də reaksiya verib. O, “Twitter” hesabında yumorla bu cür yazıb: “Mən də iştirak edə bilərəm?”
Qeyd edək ki, Eto`O karyerası ərzində İspaniyanın “Real Madrid”, “Leqanes”, “Espanyol”, “Malyorka”, “Barselona”, İtaliyanın “İnter”, “Sampdoriya”, Rusiyanın “Anji”, İngiltərənin “Çelsi”, “Everton” və Türkiyənin “Antalyaspor” komandalarında çıxış edib.
Oxşar xəbərlər
Premyer Liqa klubu Denni İnqzi transfer edib
Din İngiltərədə hələ çox qalacaq - Müqavilə
2020-ci ilin ən bahalı transferləri - SİYAHI
“Everton” tarixi müqaviləyə imza atdı
"Beto"nu açan Eto’o universitetdə təhsil alacaq - 1 il
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Hidayət Heydərov finalda uduzdu - Avropa çempionatı















Misli Premyer Liqası