Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Qarayev məşqçilik karyerasını başa vurdu
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Faiq Qarayev postundan istefa verib.
Sportfm.az xəbər verir ki, 59 yaşlı mütəxəssis səhhətində yaranan ciddi problemlə əlaqədar olaraq, məşqçilik karyerasını da başa vurub.
O, fəaliyyətini AVF-in I vitse-prezidenti kimi davam etdirəcək.
F.Qarayevlə yanaşı, voleybolçu Natalya Məmmədova millidəki karyerasını başa vurub.
Qeyd edək ki, bu gün Azərbaycan milli komandası Yaponiyadakı dünya çempionatında çıxışını başa vurub. II mərhələdə F qrupunda sonuncu yeri tutan yığma növbəti raunda vəsiqə qazana bilməyib.
Oxşar xəbərlər
Faiq Qarayev N-ci dəfə yığma komandamızda
Hazard karyerasını başa vurdu - 32 yaşında
Van Qal məşqçilik karyerasını bitirdi
Nataliya Məmmədova karyerasını başa vurdu - FOTO
Azərbaycan millisi dünya çempionatında çıxışını başa vurdu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası