
Qırmızı işıqda keçən təyyarə - Yazı
Guya AZAL-ın bütün işləri düzdür. Bolqarıstana uçan təyyarə heç vaxt Bratislavada yerə enməyib, pilot Mexiko ilə Moskvanı heç zaman səhv salmayıb. AZAL-ın təyyarələri göydə bir-birləri ilə heç ötüşməyib, qırmızı işıqda keçməyiblər.
Futbolumuzun baş ağrısı, hakimlər hakimi Xaqani Məmmədov AZAL-ın qüsurları barədə görün bircə dəfə nəsə deyibmi? Çin-Yapon müharibəsi dövründən bu yana dəqiq bilirəm ki, deməyib. Ondan əvvəlki dövrün andın içə bilmərəm. Bəlkə də...
Amma və lakin AZAL-ın uçan təyyarələrinin pulu hesabına stadionda qaçan AZAL klubunun vitse-prezidenti Fikrət Hüseynov hər gün Hakimlər Komitəsinin rəhbərini tənqid edir. İsti yay günündə usanmır, axşam yorulmur, şənbə-bazar tanımır. Türklərin sözü olmasın, AFFA deyir, PFL demir...
Vitse-prezident bəzən lap ağ edir, deyir ki, 8 atımlıq barıtı olan yeni mövsümün açılış turunda guya hakimlər AZAL-ı təmiz qələbədən edib, "Neftçi"nin qapısına vurulan halal qolu qeydə almayıblar. Əvvəla, qolun halal olub-olmadığını kim müəyyən edə bilər? Ondan sonra canım sənə desin ki, başqa klubun adını çəksəydin, bəlkə də inanardım, hakimlərimiz "Neftçi"yə nə zaman yardım ediblər? Belə hal cəmi bircə dəfə olub, o da ingilislər futbolu icad eləməmişdən 6-7 ay əvvəl.
Fikrət bəy hərdən rəngləri çox tündləşdirir, deyir ki, həmin oyunda referi Ramil Diniyev niyə qapının arxasında qalmışdı? Qardaş, hakim qapının arxasında qalar da, bəs gedib harada durmalıdı, "Aliment" şadlıq sarayının qarşısında? Ramil Diniyev "Sünbül" ət dükanında piştaxta arxasında dursa, ürəyin soyuyar?
AZAL rəsmisi bəzən bütün çərçivələri aşır, deyir ki, bir metr aralında baş verənləri görə bilməyən Ramil Diniyevin gözü xəstədir. Daha bu qədər də yox da. Birincisi, ay Fikrət bəy, siz tibb təhsili almamısınınız, pediatr deyilsiniz, ona görə də qəti fikir bildirmək olmaz. Ramil Diniyevin gözü yox, tamam başqa bir yeri xəstədir, amma onu yazmağın yeri deyil.
"Neftçi" ilə oyundan bir romanlıq vaxt keçib, bu müddət ərzində çıxıb Şüvəlandakı stadionunuzda boş qapılara nə vaxt qol vurdunuz ki, Xaqani Məmmədovun hakimləri meydanın mərkəzini göstərmədilər?
Bir də axı, ay Fikrət bəy, siz həm də bizim Klublar Birliyinin başqanısız, belə həssas mövzu ətrafında hay-küy yaratmağın heç yeri yoxdur. Yeni mövsümün elə ilk turunda cəmi 4 qarşılaşmanın vur-tut ikisində kobud hakim səhvləri olub, Xaqani müəllimdə "quş buraxan" hakimlərin xoruzunu verib qoltuqlarına. Təkrar edirəm, cəmi 4 oyunda vur-tut 2 səhv. Həyəcan təbili çalmaq tez deyilmi?
Xaqani Məmmədovun və onun hakimlərini qərəzli tənqid etməkdən əl çəkin. Onlar nəyə neçə dənə verildiyini hamıdan yaxşı bilirlər. Ondansa, öz təyyarəçilərinizin işinə nəzarət edin, göyün ortasında qırmızı işıqda keçmələrinə imkan verməyin. Bir də gördün Bolqarıstana uçmaq istəyən sərnişinləri aparıb Bratislavada yerə endirdilər. Onda hakimlərimizin üzünə necə baxacaqsız?
Etibar CƏBRAYILOĞLU
«Het-trik news» qəzeti
Biz İzləyin
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
Xəbər lenti
AFFA rəsmisi Avropa Liqası oyunununa təyinat alıb 3.10.2023, 14:46
İranlı məşqçi Bakıda azərbaycanlı hakimi döydü - CƏZA 3.10.2023, 13:45
Qişamer "Qarabağ"ın önəmli matçında 3.10.2023, 13:35
Gözəl Bakıda Avropa çempionu oldu 3.10.2023, 12:51
Elçin Məsiyev Konfrans Liqasının oyununda 3.10.2023, 12:34
Millimizin sabiq baş məşqçisi Livan yığmasını çalışdıracaq 3.10.2023, 10:09
Əliyar Ağayev Avroliqanın oyununda - TƏYİNAT 3.10.2023, 10:04
Derbini "Çelsi" qazandı - Premyer Liqa 3.10.2023, 08:16
Cüdoçularımız dünya çempionatına yola düşdü 3.10.2023, 08:15

№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |