Olimpiada-2018: Azərbaycan yığmalarının növbəti rəqibləri müəyyənləşdi
Azərbaycanın kişi və qadınlardan ibarət yığma komandalarının Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasında növbəti rəqibləri müəyyənləşib.
Sportfm.az xəbər verir ki, IX turda milli komandalar müvafiq olaraq, Çin və Ukrayna ilə üz-üzə gələcəklər.
Oktyabrın 3-də keçiriləcək görüşlər Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.
Bu gün ilk məğlubiyyətini ABŞ-dan alan kişilərdən ibarət yığma 8 turdan sonra 13 xalla 3-cü, eyni xala malik Çin isə 6-cı pillədə qərarlaşıb. Turnir cədvəlinə 15 xala malik ABŞ başçılıq edir. İkinci pillədəki Polşanın 14 xalı var. Bu komandalar sabah bir-biriləri ilə üz-üzə gələcəklər.
Qadın millisi isə Gürcüstana qalib gəldikdən sonra 13 xalla 5-ci pilləyə yüksəlib. Turnir cədvəlinə hərəyə 14 xala malik Çin və Ukrayna başçılıq edir.
Oxşar xəbərlər
Azərbaycan şahmatçıları növbəti görüşlərini keçirəcək - Dünya çempionatı
Şahmatçılarımızın mövqeləri dəyişmədi - FIDE reytinqi
Şahmatçılarımız "100-lüy"ə daxil oldu
Ümumdünya Şahmat Olimpiadası: yığmamız Çexiya ilə üz-üzə
Azərbaycan yığması Ermənistanla qarşılaşacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası