Çexiyada badmintoçularımız nə etdi?
Badmintonçularımız Edi Reski Dviçayo və Ezmi Qovimuramadhoni Çex Respublikasının Brno şəhərində keçirilən “LI NING Czech Open-2018” turnirində iştirak ediblər.
Sportfm.az xəbər verir ki, mübarizəyə təsnifat mərhələsindən start verən Ezmi Qovimuramadhoni ilk görüşündə almaniyalı badmintonçu Brayan Holtskeyə 0:2 hesabı ilə uduzub. Digər badmintonçumuz Edi Reski Dviçayo isə ilk görüşündə Şri-Lanka təmsilçisi Dinuka Karunaratna üzərində 2:0 hesablı qələbə qazanıb. Dviçayo növbəti mərhələdə serbiyalı Luka Miliçlə qarşılaşıb. Gərgin keçən qarşılaşmada Edi rəqibinə 1:2 hesabı ilə uduzub.
Edi Reski Dviçayo-Ezmi Qovimuramadhoni cütü qoşa yarışlarda Hindistanı təmsil edən Vasanta Kumar - Asiz Surya tandeminə 0:2 hesabı ilə uduzub.
Oxşar xəbərlər
Badmintonçularımız 1/8 finalında dayandılar - Avropa çempionatı
Badmintonçumuz beynəlxalq turnirdə növbəti mərhələyə yüksəldi
Badmintonçularımız beynəlxalq turnirində uğurla çıxış etdi - FOTO
Badmintonçularımız “Belarus International-2018” turnirində uğurla çıxış etdi
Badmintonçularımız beynəlxalq turnirdə iştirak etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası