reklam
Voleybol üzrə Azərbaycan millisi dünya çempionatına məğlubiyyətlə başladı -
Sportfm.az xəbər saytı

Voleybol üzrə Azərbaycan millisi dünya çempionatına məğlubiyyətlə başladı -FOTO


Azərbaycanın voleybolçu qadınlardan ibarət milli komandası bu gün Yaponiyada start götürən dünya çempionatına məğlubiyyətlə başlayıb.

Sportfm.az xəbər verir ki, C qrupunda yer alan yığma ilk turda ABŞ kollektivinə uduzub 0:3 (27:29; 21:25, 21:25).

Faiq Qarayevin rəhbərlik etdiyi komanda sentyabrın 30-da Cənubi Koreya, (Bakı vaxtı ilə saat 11:10), oktyabrın 2-də Rusiya (08:40), ertəsi gün Trinidad və Tobaqo (08:40), ayın 4-də Tailand (11:10) yığması ilə qarşılaşacaq.

Qeyd edək ki, qadınlar arasında voleybol üzrə dünya çempionatı 24 milli yığma komandanın iştirakı ilə sentyabrın 29-dan oktyabrın 20-dək Yaponiyanın 6 şəhərində keçiriləcək.

Oxşar xəbərlər

Azərbaycan millisi Rusiya yığmasına uduzdu
Dünya çempionatı: millimiz ilk qələbəsini qazandı
Voleybolçular arasında dünya çempionatında ilk tura yekun vuruldu
Millimiz dünya çempionatında mübarizəyə başlayır
Yaponiyada İtaliyaya uduzduq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər