reklam
Voleybolçular arasında dünya çempionatında ilk tura yekun vuruldu
Sportfm.az xəbər saytı

Voleybolçular arasında dünya çempionatında ilk tura yekun vuruldu


Bu gün Yaponiyada start götürən qadın voleybolçular arasında dünya çempionatında I tura yekun vurulub.

Sportfm.az xəbər verir ki, Azərbaycan millisinin yer aldığı C qrupunda 3 görüş baş tutub. Faiq Qarayevin baş məşqçisi olduğu komanda ABŞ-a, Trinidan və Tobaqo Rusiyaya 0:3 hesabı ilə uduzub. Cənubi Koreya isə Tailanda 2:3 hesabı ilə məğlub olub. Bu nəticələrdən sonra Rusiya və ABŞ 3 xalla ilk iki pilləni bölüşürlər. Tailand 2 xalla 3-cü, Cənubi Koreya 1 xalla 4-cü sıradadır.

Azərbaycanla Trinidan və Tobaqo isə son iki pillədə qərarlaşıblar.

Milli komanda sentyabrın 30-da Cənubi Koreya, (Bakı vaxtı ilə saat 11:10), oktyabrın 2-də Rusiya (08:40), ertəsi gün Trinidad və Tobaqo (08:40), ayın 4-də Tailand (11:10) yığması ilə qarşılaşacaq.

Qeyd edək ki, qadınlar arasında voleybol üzrə dünya çempionatı 24 milli yığma komandanın iştirakı ilə sentyabrın 29-dan oktyabrın 20-dək Yaponiyanın 6 şəhərində keçiriləcək. (report)

Oxşar xəbərlər

Azərbaycan millisi Rusiya yığmasına uduzdu
Dünya çempionatı: millimiz ilk qələbəsini qazandı
Voleybol üzrə Azərbaycan millisi dünya çempionatına məğlubiyyətlə başladı - FOTO
Millimiz dünya çempionatında mübarizəyə başlayır
Millimiz ABŞ və Rusiya yığmaları ilə bir qrupda

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər