reklam
Sonuncu cüdoçumuz da mübarizəyə başlayır -
Sportfm.az xəbər saytı

Sonuncu cüdoçumuz da mübarizəyə başlayır -Dünya çempionatı


Bu gün Qətərin paytaxtı Dohada cüdo üzrə dünya çempionatına yekun vurulacaq.

Sportfm.az xəbər verir ki, Azərbaycanın sonuncu cüdoçusu da bu gün mübarizəyə qoşulacaq. 100 kq-dan yuxarı çəki dərəcəsində yer alan Uşangi Kokauri tatamiyə çıxacaq. Onun ilk rəqibi yeni zelandiyalı Kodi Endryus olacaq.

Qeyd edək ki, hazırkı dünya çempionatında Azərbaycan millisinə yeganə medalı Zelim Kotsoyev qazandırıb. 100 kq-da çıxış edən idmançı dünya üçüncüsü olub. Daha əvvəl kişilərdən Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Orxan Səfərov (66 kq), Hidayət Heydərov (73 kq), Səid Mollayi (81 kq), Məmmədəli Mehdiyev, Murad Fətiyev (hər ikisi 90 kq), qadınlardan isə Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Aydan Əliyeva (hər ikisi 52 kq) turniri medalsız başa vurublar.

Oxşar xəbərlər

Cüdoçumuz bürünc medal görüşünə çıxacaq
Cüdoçularımızdan uğursuz çıxış
Daha 2 cüdoçumuz medalsız qaldı - Dünya çempionatı
İki cüdoçumuz mübarizəyə başlayır - Dünya çempionatı
Hidayət Heydərov mübarizəyə qoşulacaq - Dünya çempionatı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər