Avropa Oyunlarında Azərbaycanı 15 cüdoçu təmsil edəcək
Minskdə keçiriləcək ikinci Avropa Oyunlarında Azərbaycanı 15 cüdoçu təmsil edəcək.
Sportfm.az xəbər verir ki, həm kişilərdən, həm də qadınlardan ibarət cüdo komandalarımızın üzvləri dörd gün ərzində medallar uğrunda mübarizə aparacaqlar. Cüdoçularımızdan 9-u kişi, 6-sı isə qadındır. Qadınların yarışında Aişə Qurbanlı (48 kq), Gültac Məmmədəliyeva, Aleksandra-Larisa Florian (hər ikisi 52 kq), Munxtsedev İçinxorloo (57 kq), Nuriyə Axundova (63 kq), İrina Kindzerska (+78 kq) mübarizə aparacaqlar.
Kişilərin yarışında isə ölkəmizi Orxan Səfərov, Kəramət Hüseynov (hər ikisi 60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi 100 kq), Uşangi Kokauri (+100 kq) təmsil edəcəklər.
İkinci Avropa Oyunlarının cüdo yarışlarına iyunun 22-də start veriləcək. Üç gün ərzində baş tutacaq fərdi mübarizədən sonra iyunun 25-də qarışıq komanda yarışı keçiriləcək.
Oxşar xəbərlər
Azərbaycanı 13 cüdoçu təmsil edəcək - Böyük Dəbilqə
Cüdo yığmamızın heyəti açıqlandı - Avropa çempionatı
“Böyük dəbilqə”də Azərbaycan böyük heyətlə çıxış edəcək - SİYAHI
“Böyük dəbilqə” turnirində Azərbaycanı 16 cüdoçu təmsil edəcək - SİYAHI
Avropa Oyunlarına 13 cüdoçu ilə yollanırıq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası