reklam
Azərbaycan millisindən növbəti qələbə müjdəsi gəldi
Sportfm.az xəbər saytı

Azərbaycan millisindən növbəti qələbə müjdəsi gəldi


İtaliyanın Siyene şəhərində Polo üzrə Avropa Çempionatı davam edir.

Sportfm.az xəbər verir ki, yarışın 2-ci turunda Fransa komandası ilə qarşılaşan Azərbaycan milli yığması növbəti inamlı qələbəsini qazanıb. Milli yığmamızın üzvləri qələbə qazanmaq üçün güclü iradə və yüksək peşəkarlıq nümayiş etdirərək rəqiblərini 8:4 hesabı ilə darmadağın ediblər.

İkiqat Avropa çempionu və bu turnirin ikiqat gümüş mükafatçısı olan güclü Fransa yığmasına məğlubiyyət hissini yaşadan milli komandamızın tərkibində Elçin Camallı və Fabian Bolanterio xüsusilə fərqləniblər.

Azərbaycan yığma komandasının baş məşqçisi Namiq Orucov böyük hesablı növbəti qələbə münasibətilə idmançılarımızı təbrik edib, oyunun nəticəsindən məmnunluğunu ifadə edib və göstərilən dəstəyə görə minnətdarlığını bildirib.

Azərbaycan millisi sentyabrın 30-dək davam edəcək Polo üzrə Avropa Çempionatının sentyabrın 24-də keçiriləcək 3-cü turunda Slovakiya yığması ilə, sentyabrın 28-də baş tutacaq 4-cü turunda isə hazırkı Avropa çempionu İrlandiya komandası ilə qarşılaşacaq.

Oxşar xəbərlər

Milli komandamız Avropa çempionatında gümüş medal qazandı
Yğmamız Avropa çempionatının finalına çıxdı
Azərbaycan millisi İtaliyada Avropa çempionatında iştirak edəcək
Azərbaycanın polo komandası Bakıda keçirilən dünya kuboku yarışlarının qalibi olub
Polo üzrə Dünya Kubokuna həsr olunan mətbuat konfransı açıq havada keçirildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər