reklam
Yğmamız Avropa çempionatının finalına çıxdı
Sportfm.az xəbər saytı

Yğmamız Avropa çempionatının finalına çıxdı


Polo üzrə Azərbaycan yığması İtaliyanın Siyena şəhərində keçirilən Avropa çempionatında böyük uğur qazanıb. Milli komandamız üç matçda üç qələbə qazanaraq finala çıxıb və hazırkı çempionu – İrlandiya yığmasını bu tituldan məhrum edib.

Sportfm.az xəbər verir ki, Namiq Orucovun yetirmələri Hollandiya (7:3), Fransa (8:4) və Slovakiya (11:7) yığmalarına qalib gəlib, sentyabrın 28-də isə İrlandiya komandası ilə qarşılaşmada 5:3 hesabı ilə bu rəqibindən də üstün olduğunu göstərib.

Çempionatın rəsmi saytında deyilir: “Azərbaycanın heyrətamiz yığması finalda İtaliya ilə qarşılaşacaq. Qitə birinciliklərində debütant olan Azərbaycan yığması sonuncu Avropa çempionu İrlandiya ilə mürəkkəb matçda qalib gəlib. Azərbaycan İrlandiyanı dalbadal ikinci qızıl medal qazanmaq şansından məhrum edib. İndi irlandiyalılar bürünc medal uğrunda mübarizə aparacaqlar. Azərbaycan-İtaliya finalı böyük maraqla gözlənilir. Azərbaycan komandası öz oyunu və taktikası ilə hamını heyran edib. Bu yığma turnirə çox yaxşı hazırlaşıb. Tribunlarda Azərbaycanı dəstəkləyən azarkeşlər də var”.

Sentyabrın 30-da həlledici final matçında Azərbaycan yığmasının rəqibi İtaliya komandası olacaq.

Oxşar xəbərlər

Avropa çempionatının yarımfinalçıları müəyyənləşdi
Milli komandamız Avropa çempionatında gümüş medal qazandı
Azərbaycan millisindən növbəti qələbə müjdəsi gəldi
Azərbaycan millisi İtaliyada Avropa çempionatında iştirak edəcək
Yığmamız Almaniya ilə finalda oynayacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər