Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Rio-2016: 9 idmançı saxtakarlığa görə həbs edildi
Braziliya polisi Avstraliya yığmasının idmançılarını həbs edib. Sportfm.az xəbər verir ki, bu ölkənin 9 atleti saxta akkreditasiya düzəltməkdə ittiham edilir. Məsələ burasındadı ki, Rio-2016 Yay Olimpiya Oyunlarında iştirak edən avstraliyalılar yerli basketbol yığmasının yarımfinalda Serbiya ilə matçını tribunadan izləmək fikrinə düşüblər. Bunun üçün isə onlar saxta akkreditasiya düzəldiblər. Yerli polis isə məsələdən agah olub və həmin atletləri bölməyə aparıb. Adları açıqlanmasa da onların avarçəkmə, reqbi və velosiped yarışlarında Avstraliya millisini təmsil etdikləri bildirilib.
Qeyd edək ki, basketbol üzrə Avstraliya yığması Serbiyaya 61:87 hesabı ilə məğlub olaraq, finalda ABŞ millisinə rəqib olmaq şansını əldən verib.
Oxşar xəbərlər
Rusiya idmançıları Açıq çempionatda iştirak edəcək
Avropa Olimpiya Komitəsinin prezidenti həbs edildi
Rio-2016: Belçikalı cüdoçu həbs olundu
Olimpiya oyunlarında qalmaqal - Bayraqdar həbs olundu
Rio-2016: Avarçəkənlərimiz medal şansını itirdilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası