Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Rio-2016: Belçikalı cüdoçu həbs olundu
"Rio-2016”nın bürünc mükafatçısı belçikalı cüdoçu Dirk van Tihelt yenidən xoşagəlməz hadisənin iştirakçısı olub. AZƏRTAC xəbər verir ki, iki gün əvvəl döyülüb, telefonu əlindən alınan 32 yaşlı idmançı həbs edilib. Buna belçikalının Rio-de-Janeyro otellərinin birindəki davranışı səbəb olub. Qarət olunandan sonra telefonunun izinə düşən Dirk otelə daxil olub və bir qadını izlədiyini bildirib. O, telefonunun məhz həmin qadında olduğunu və bu üzdən onu geri qaytaracağını iddia edib. Otelin əməkdaşı ilə anlaşa bilməyib, dalaşmağa başlayan cüdoçu polis tərəfindən həbs olunub. Bölməyə aparılan belçikalının həmin vaxt içkili olduğu bildirilir.
Qeyd edək ki, van Tihelt Azərbaycan idmançısı Rüstəm Orucovun gümüş medal qazandığı 73 kiloqram çəki dərəcəsində üçüncü olub.
Oxşar xəbərlər
"Hido" finalda - PARİS - 2024
Rusiyalı cüdoçu diskvalifikasiya edildi
Fifa həbs olundu!
Medal qazanan cüdoçunu vəhşicəsinə döydülər
Olimpiya oyunlarında qalmaqal - Bayraqdar həbs olundu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası