Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Rio-2016: Kamran Şahsuvarlı bürünc medal qazandı
Rio Olimpiadasında boks yarışları davam edir. Sportfm.az xəbər verir ki, yığma komandamızın üzvü Kamran Şahsuvarlı yarımfinal mərhələsində mübarizə aparıb. İlk 2 döyüşündə Zao Minqqanqla (Çin), Artyom Çebotaryovu (Rusiya) mübarizədən kənarlaşdıran 26 yaşlı dəri əlcək ustamız 1/4 final çərçivəsində qazaxıstanlı Janıbek Alimxanuli ilə üz-üzə gəlib. Rəqibinə 2:1 hesabı ilə qalib gələn idmançımız yarımfinala yüksəlməklə, özü üçün minimum bürünc medalı təmin edib.
75 kq çəkidə mübarizə aparan boksçumuz daha yüksək əyarlı medal hədəfini isə reallaşdıra bilməyib. Kubalı Arlen Lopezlə döyüş gərgin mübarizə ilə yadda qalsa da, Kamran məğlubiyyətlə barışmalı olub. Hər üç raundda rəqibindən geri qalan gənc boksçumuz 0:3 hesabı ilə məğlub olub. Buna baxmayaraq, o, boks yığmamızın ilk medalını rəsmiləşdirərək fəxri kürsüdə yer alıb.
Qeyd edək ki, boks yığmamızın daha bir üzvü Lorenzo Sotomayor (64 kq) da yarımfinala vəsiqə qazanıb və çempionluq şansı davam edir.
Oxşar xəbərlər
Rio-2016: Sotomayor finalda
Rio-2016: Elvin Məmişzadə mübarizəni dayandırdı
Rio-2016: Boks yığmamız daha bir medalı təmin etdi
Rio-2016: Üçüncü medalı Kamran qazandı: Minimum bürünc!
Rio-2016: Albert Səlimov məğlub oldu, Kamran Şahsuvarlı 1/4 finalda
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
“İran millisi dünya çempionatına gələcək” Canni İnfantino















Misli Premyer Liqası