reklam
Rio-2016: Sotomayor qızıl medalı əldən verdi
Sportfm.az xəbər saytı

Rio-2016: Sotomayor qızıl medalı əldən verdi


Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında boks yarışlarına yekun vurulub. Sportfm.az xəbər verir ki, turnirin son günündə 4 çəki dərəcəsində final görüşləri keçirilib. Azərbaycan yığmasının üzvü Lorenzo Sotomayor da 64 kq çəkidə həlledici matça çıxıb. Yarımfinalda Almaniyanı təmsil edən erməni rəqibi Artyom Harutyunyanla döyüşən təmsilçimiz yekunda inamlı qələbəyə (3:0) sevinib və finala yüksəlib.
 
Avropa Oyunlarının qalibi rəqibini mübarizədən kənarlaşdıraraq, boks tariximizdə yeni səhifə açıb. Çünki Olimpiadalarda indiyədək finalçımız olmamışdı. Lorenzonun həlledici görüşdəki rəqibi özbəkistanlı idmançı Fazliddin Qaybnəzərov olub. Təəssüf ki, bu görüş təmsilçimizin məğlubiyyəti ilə başa çatıb. İlk raundu tam üstünlüklə öndə bitirən Sotomayor ikinci hissədə rəqibindən geri düşdü. Ancaq üçüncü raundda idmançımız olduqaca fəal döyüşsə də, yekunda hakimlər qələbəni özbək boksçuya veriblər - 1:2. 
 
Boks yığmamızın hesabında isə əlavə 1 bürünc medal var. Komandamıza bu mükafatı Kamran Şahsuvarlı qazandırıb.

Oxşar xəbərlər

Lorenzo Sotomayor: "Azərbaycan üçün qızıl medal qazanacağam"
Rio-2016: Sotomayor finalda
Rio-2016: Elvin Məmişzadə mübarizəni dayandırdı
Rio-2016: Boks yığmamız daha bir medalı təmin etdi
Rio-2016: Üçüncü medalı Kamran qazandı: Minimum bürünc!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər