Futbol tarixində ilk:klub kriptovalyuta buraxacaq
Dünyanın ən varlı klublarından biri olan PSJ futbol tarixində ilkə imza atmağa hazırlaşır.
Sportfm.az xəbər verir ki, Paris klubu azarkeşləri üçün kriptovalyuta buraxan ilk klub olaraq tarixə düşəcək. Fransa mediasının məlumatına göərə, PSJ bununla bağlı bir Malta "Blockchain" şirkəti ilə əməkdaşlığa başlayıb.
"Chiliz" adındakı şirkət 2019-cu ilin yazına qədər kriptovalyutanı dövriyyəyə buraxacaq. Azarkeşlər kriptovalyutaları mobil bir tətbiq vasitəsi ilə satın ala biləcək.
Klub kriptovalyuta sahibi olan azarkeşlərinə PSJ ilə bağlı məsələlərdə səs hüququ verəcək. Bir azarkeş nə qədər çox kriptovalyuta sahibi olsa, o qədər çox səs hüququ olacaq.
Onun sahibləri transfer kimi önəmli məsələlərdə söz sahibi olmayacaq. Əvəzində yoldaşlıq oyunlarının harda keçirilməsi, növbəti formanın hansı formada olmasına səs verə, bilet və başqa məsələlərlə bağlı təkliflər verə biləcək.
Oxşar xəbərlər
"Mançester Siti"nin sahibi klub aldı - 10-a çatdı
Bundesliqa tez başa çatdırılacaq? - Müzakirə
PSJ rəqəmsal bizneslə məşğul olacaq
Futbolçularına kriptovalyuta ilə maaş verəcək
"Neftçi" azarkeşləri naminə daha bir ilkə imza atdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası