Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Neftçi" azarkeşləri naminə daha bir ilkə imza atdı
"Neftçi” PFK Uber ilə əməkdaşlığa başlayıb. Sportfm.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bundan sonra "Neftçi”nin bütün ev oyunlarında azarkeşlərimiz 10AZN-ə qədər #pulsuz taksi xidmətindən yararlana biləcək. 07.07.2016-cı il tarixdə keçiriləcək "Neftçi” – "Baltsan” matçına yollanmaq üçün sadəcə Uber proqramını mobil telefonunuza yükləyin, qeydiyyatdan keçin və promo kodu #NEFTCHI1937 daxil edin. Sifarişlər yalnız şəhərdaxili ərazilərdən qəbul olunur. Gələcəkdə sifarişlərin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulub. * Promo Kodlar yalnız yeni Uber istifadəçiləri üçün nəzərdə tutulub. NeftçiVİP üzvlük kartının sahibləri #NEFTCHIVIP promo kodunu, NeftçiElit üzvlük kartının sahibləri isə #NEFTCHIELİT promo kodunu daxil etməlidirlər. Qeyd edək ki, beynəlxalq şirkət olan Uber dünyanın bir sıra məşhur futbol klubları ilə əməkdaşlıq edir. Onlar arasında Türkiyənin "Qalatasaray” klubu da var. Azərbaycanda isə "Neftçi” Uber-lə əməkdaşlığa başlayan ilk klubdur.

Oxşar xəbərlər
“Neftçi” yeni antirekorda imza atdı
“Neftçi” “Spartak”la qarşılaşacaq - Yoxlama oyunu
"Qarabağ" "Neftçi"nin qonağı olacaq - PROMO VİDEO
"İnter" - "Neftçi" - PROMO VİDEO
"Qarabağ" - "Viktoriya Plzen": PROMO VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası