reklam
Millimizin üzvü Gürcüstanda faciəvi şəkildə dünyasını dəyişdi -
Sportfm.az xəbər saytı

Millimizin üzvü Gürcüstanda faciəvi şəkildə dünyasını dəyişdi -FOTO


Sambo üzrə Azərbaycan millisinin üzvü Kərimov Yusif Arif oğlu (52 kq) Gürcüstanda faciəvi şəkildə ölüb.

Sportfm.az xəbər verir ki, idmançı sərxoş sürücü tərəfindən vurulub.

Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova bildirib ki, samboçular Tbilisidə II Avropa oyunlarına D kateqoriyalı lisenziya xarakterli yarışa yollanıblar:

“Yığma komandanının 13 üzv çəki mərasimindən çıxıb. Bizim və digər idmançılar səkinin üzərində dayanıblar. Bu zaman sərxoş sürücü idmançı Kərimov Yusif Arif oğlunu (23.03.1984) vurub. Aldığı ağır zərbədən idmançımız yerindəcə dünyasını dəyişib”.

Səmayə Məmmədova qeyd edib ki, artıq idmançının cəsədi Azərbaycana gətirilib:

“Gürcüstan polisi hadisə ilə bağlı araşdırma aparıb. Gənclər və İdman Nazirliyi, Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədov, Azərbaycanın Gürcüstandakı səfirliyi vasitəsilə danışıqlar keçirilib və idmançımızın cəsədi dünən gecə gətirilib”. (oxu.az)

Oxşar xəbərlər

Səmayə Məmmədova nazirlikdə işə başladı - Təyinat
Səmayə Məmmədova nazirlikdəki vəzifəsindən istefa verdi - RƏSMİ
Gənclər və idman naziri Azad Rəhimov dünyasını dəyişdi - 57 yaşında
Azərbaycanda İdman Jurnalistləri Federasiyası yaradılır
Gənclər arasında sambo üzrə açıq Bakı birinciliyinin qalibləri müəyyənləşib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər