reklam
Gənclər və idman naziri Azad Rəhimov dünyasını dəyişdi -
Sportfm.az xəbər saytı

Gənclər və idman naziri Azad Rəhimov dünyasını dəyişdi -57 yaşında


Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov dünyasını dəyişib.

Sportfm.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin Mətbuat katibi Səmayə Məmmədova bildirib. Qeyd edək ki, bir müddətdir ABŞ-da ağciyər xərçəngi və qaraciyər serrozundan müalicə olunan A. Rəhimov 57 yaşında dünyasını dəyişib.

Azad Rəhimov 1984-cü ildən 1986-cı ilə qədər Xətai rayonunda 245 nömrəli tam orta məktəbdə Komsomol Komitəsində vəzifəsində çalışıb. 1986-1987-ci illərdə sovet ordusu sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Ordudan təxris olunduğdan sonra 1987-ci ildən 1989-cu ilə qədər Azərbaycan SSR Lenin Komsomolu Gənclər İttifaqının Xətai Rayon Komitəsində şöbə müdiri vəzifəsində, 1989-1990-cı illərdə Azərbaycan SSR Gənclər İttifaqı Komitəsinin sədri vəzifəsində çalışıb.

1994-1998-ci illərdə "Ros-İMESKO" Məhdud Məsuliyyəti Cəmiyyətinin rəhbəri vəzifəsində, 1998-2006-cı illərdə isə "Italdizain" Qapalı Tipli Səhmdar Cəmiyyətinin rəhbəri vəzifəsində çalışıb.

Azərbaycan Prezidenti İlham Əliyevin 7 fevral 2006-cı il tarixli sərəncamına əsasən Azərbaycanın gənclər və idman naziri vəzifəsinə təyin olunub.

Azad Rəhimov ABŞ-da müalicə olunduğu xəstəxanada vəfat edib.

Oxşar xəbərlər

Azad Rəhimov dəfn edildi - FOTO
Prezident Azad Rəhimovun vəfatı ilə bağlı nekroloq imzaladı
"Dəfn mərasiminə gəlməməyinizi xahiş edirik" - Nazirin oğlu
Azad Rəhimovun vəziyyəti ağırlaşdı
Voleybol federasiyasında yeni prezident - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər