reklam
Hemilton Formula 1-in ümumi hesabında birinci yerdədir
Sportfm.az xəbər saytı

Hemilton Formula 1-in ümumi hesabında birinci yerdədir


“Mersedes” komandasının britaniyalı pilotu Luis Hemilton Formula 1 Almaniya Qran-Prisinin qalibi olub. O, Hokkenhaymda 14-cü yerdən start götürüb.

Sportfm.az xəbər verir ki, onun komanda yoldaşı, finlandiyalı Valtteri Bottas ikinci yeri tutub. Digər finlandiyalı, “Ferrari”nin pilotu Kimi Raykkonen üçüncü yerdə qərarlaşıb. Əvvəlcə yürüşdə “Ferrari”nin alman pilotu Sebastyan Fettel liderlik edib. Amma 52-ci dövrədə idarəetmənin öhdəsindən gələ bilməyib və trasdan çıxıb.

L.Hemilton 188 xal toplayaraq şəxsi hesabda birinci yerə çıxıb. S.Fettel (171) ikinci yerlə kifayətlənməli olub. Üçüncü yeri K.Raykkonen (131) tutub.

Oxşar xəbərlər

Yaponiya Qran Prisinin qalibi müəyyənləşdi
Hemilton Sinqapur Qran-Prisinin qalibi oldu
Fettel Belçika Qran-prisinin qalibi oldu
Hemilton yenə qalibdir - Bu dəfə Macarıstan Qran-Prisi fəth edildi
Yarışı 9-cu yerdə başa vurdu, 4-cü dəfə dünya çempionu oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər