Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Çempionlar Liqasındakı təmsilçimiz ardıcıl 2 məğlubiyyət aldı
Həvəskarlar arasında minifutbol üzrə Alfa Liqanın qalibi olan "Peçat Dönər" komandası Çempionlar Liqasında iştirak etmək üçün Sloveniyaya yollandığı barədə xəbər vermişdik.
Sportfm.az xəbər verir ki, bu gün komandamız Terme Çatej kurort şəhərciyinin stadionunda iki matça çıxıb. Səhər saatlarında baş tutan ilk matçda təmsilçimiz yerli "Lomanose"yə 0-7 hesabı ilə məğlub olub. Rəcəb Fərəczadənin baş məşqçisi olduğu "Peçat Dönər" ikinci qarşılaşmada Bosniya və Herseqovina təmsilçisi ESOS-la üz-üzə gəlib. Oyun təmsilçimizin 1-4 hesablı məğlubiyyəti ilə bitib.
Qeyd edək ki, Alfa Liqanın qalibi qrup çərçivəsindəki son matçını sabah Moldova təmsilçisi "Vivafarm"a qarşı keçirəcək.
Oxşar xəbərlər
Alfa Liqanın qalibi məlum oldu - FOTO
Çempion məğlub oldu, debütant qələbə qazandı: Alfa Liqa başladı
"Peçat Dönər" Çempionlar Liqasında mübarizəni dayandırdı
Alfa Liqanın qalibi Çempionlar Liqasında iştirak edəcək - "Peçat Dönər" Sloveniyaya yollandı
Alfa Liqaya yekun vuruldu, Rəcəb Fərəczadə məşqçi kimi ilk kubokunu qazandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası