Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Uşu-sandaçılar Ağsuda toplanacaq
Ağsu rayonunda 2016-cı ilin aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş, Müdafiə Nazirliyinin xüsusi təyinatlı giziri Toğrul Fərəczadənin xatirəsinə həsr olunmuş Uşu-Sanda idman növü üzrə Respublika Turniri keçiriləcək.
Sportfm.az xəbər verir ki, yarışın təşkilatçısı Uşu-Sanda Federasiyasının prezidenti Azər Həsənsoy və 3 qat Avropa çempionu Elçin Eminovdur.
Yarış sentyabrın 2-də baş tutacaq.
Turnirdə 120-dən artıq idmançı 1-ci, 2-ci və 3-cü yerlər uğrunda mübarizə aparacaq.
Tədbirdə 48, 52, 56, 60, 65, 70, 75, 80, 85 və 85+ çəki dərəcələrində olan idmançılardan ibarət komandalar yarışacaq.
Hər çəki dərəcəsində olan komandalar arasında qalib yerlər müəyyən ediləcək.
Oxşar xəbərlər
Avropa çempionuna vəzifə verildi - FOTO
Azər Əsgərov: Şəhidlərimizin xatirəsinə ehtiram mənəvi borcumuzdur
Uşu üzrə XXVI Azərbaycan çempionatına start verildi
Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunmuş ağır atletika turniri keçiriləcək
Həbsdə olan yeganə azərbaycanlı dünya çempionunun qardaşı:"Bu idmançıların..."
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası