Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Uşu üzrə XXVI Azərbaycan çempionatına start verildi
Şağan Olimpiya İdman Kompleksində uşu idman növü üzrə XXVI Azərbaycan çempionatına start verilib.
Sportfm.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Uşu Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışın açılış mərasimində Federasiyanın prezidenti Azər Həsənsoy çıxış edib. O bildirib ki, yarışın keçirilməsində məqsəd idmançıların ustalıq dərəcəsinin artırılması, 2018-ci il Avropa çempionatında iştirak edəcək heyətin müəyyənləşdirilməsidir.
Açılış mərasimindən sonra kişi idmançılar sanda və çinda növləri üzrə müxtəlif yaş kateqoriyasında və çəki dərəcələrində medallar uğrunda mübarizə aparıblar.
Çempionata aprelin 8-də yekun vurulacaq.
Oxşar xəbərlər
Bakıda idman kapoeyrası üzrə dünya çempionatına start verildi
Bakıda idman kapoeyrası üzrə dünya çempionatına start verildi
Uşu üzrə XXVI Azərbaycan çempionatı keçiriləcək
Bakı çempionatına start verildi
Cüdo üzrə Azərbaycan Birinciliyinə start verilib - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası