Dünya çempionatının açılış mərasimində Al Bano çıxış edəcək
Məşhur italyan müğənni Al Bano Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının açılış mərasiminə qatılacaq.
Sportfm.az xəbər verir ki, 75 yaşlı sənətçi Azərbaycana Beynəlxalq Cüdo Federasiyasının (IJF) dəvəti ilə gələcək. O, sentyabrın 20-də Milli Gimnastika Arenasında keçiriləcək açılış mərasimində konsert proqramı ilə çıxış edəcək.
Daha çox “Felicita” mahnısının ifaçısı kimi tanınan Al Bano ötən il Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş dünya çempionatının açılış mərasimində IJF-nin himnini oxuyub və yarım saatlıq konsert proqram ilə çıxış edib.
Qeyd edək ki, bu günə qədər Al Bano dünyada 165 milyon albom satıb.
Al Bano Karrizi 2001-ci ildən Birləşmiş Millətlər Təşkilatının xoşməramlı səfiridir.
Bakıda təşkil olunacaq cüdo üzrə dünya çempionatı 20 - 27 sentyabrda keçiriləcək.
Oxşar xəbərlər
Şakira açılış mərasimində çıxış etməyəcək - DÇ-2022
Azərbaycanın bayraqdarı bəlli oldu - I MDB Oyunları
37-ci dünya çempionatının təntənəli açılış mərasimi keçirildi
Ağalarov Bakıda keçiriləcək dünya çempionatının açılışında çıxış edəcək
DÇ-2018: Açılış mərasimində iştirak edəcək müğənnilər müəyyənləşdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası