Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
DÇ-2018:Açılış mərasimində iştirak edəcək müğənnilər müəyyənləşdi
Britaniyalı ifaçı Robbi Uilyams və rusiyalı opera müğənnisi Aida Qarifullina Rusiyadakı futbol üzrə dünya çempionatının açılış mərasimində çıxış edəcəklər.
Sportfm.az xəbər verir ki, tədbirə Braziliya yığması ilə ikiqat dünya çempionu olmuş Ronaldo da qatılacaq.
Mundialın açılışı iyunun 14-də Moskvadakı "Lujniki" stadionunda keçiriləcək. Mərasim Rusiya və Səudiyyə Ərəbistanı yığmaları arasındakı ilk qarşılaşmadan yarım saat əvvəl - Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.
Qeyd edək ki, 11 şəhərdəki 12 stadionda keçiriləcək dünya çempionatına iyulun 15-də yekun vurulacaq.
Oxşar xəbərlər
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mundialın açılış mərasimində iştirak etdi - FOTO
Futbol üzrə XXI dünya çempionatının təntənəli açılış mərasimi keçirildi - FOTO
20-dən çox dövlət başçısı Rusiyada toplaşır
Dünya çempionatının açılış matçının hakimləri müəyyənləşdi
Mundialın açılış saatı açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası