reklam
Sportfm.az xəbər saytı

"Qarabağ" - "Neftçi" oyununun vaxtı dəyişdiriləcək


Topaz Premyer Liqasının 3-cü turunda keçiriləcək "Qarabağ" - "Neftçi" oyununun vaxtı dəyişdiriləcək.

Sportfm.az xəbər verir ki, görüş əvvəlcədən nəzərdə tutulduğu kimi avqustun 25-də keçirilməyəcək. Qarşılaşmanın avqustun 26-ı və ya 27-də keçirilməsi gözlənilir.

"Qarabağ"ın avqustun 23-də Avropa Liqasının pley-off mərhələsində "Şerif"lə səfər oyunu olduğu üçün bu dəyişiklik nəzərdə tutulub.

Peşəkar Futbol Liqasının mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev Qol.az-a açıqlamasında xəbəri təsdiqləyib. O, "Qarabağ"dan rəsmi məktub gözlədiklərini deyib.

Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov isə Qol.az-a bildirib ki, qaydalara əsasən avrokubok və çempionat matçları arasında 48 saatdan az vaxt olarsa, çempionat oyunu təxirə salına bilər. Klub rəsmisi "Neftçi" ilə oyunun vaxtının dəyişdiriləcəyinin nəzərdə tutulduğunu qeyd edib.

Oxşar xəbərlər

Qurbanovun mətbuat konfransının vaxtı bilindi
“Viktoriya”nın çempionat oyunu təxirə salındı - “Qarabağ”a görə
"Qarabağ"ın "Viktoriya" ilə oyunlarının vaxtı məlum oldu
“Qarabağ”ın Polşaya səfəri təxirə salına bilər
"Qarabağ" - "Sileks" matçının vaxtı məlum oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər