reklam
“Qarabağ”ın Polşaya səfəri təxirə salına bilər
Sportfm.az xəbər saytı

“Qarabağ”ın Polşaya səfəri təxirə salına bilər


Avropa Liqasının pley-off mərhələsində "Legiya” ilə qarşılaşacaq "Qarabağ”ın səfər proqramı müəyyənləşib.
Sportfm.az xəbər verir ki, Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun verdiyi məlumata görə, komanda sabah Polşaya səfər etməyi planlaşdırır.
İbrahimov qeyri-adi bir vəziyyət yaranmasa, sabah günorta saatlarında yola çıxacaqlarını söyləyib. Ancaq klub rəsmisi mövcud durumla əlaqədar səfərin sentyabrın 30-na təxirə salınmasını da istisna etməyib. Baş məşqçi Qurban Qurbanov matçın oynanılacağı stadionda oyundan bir gün əvvəl son məşqini keçəcək.
Qeyd edək ki, oktyabrın 1-də Polşa Ordu Stadionunda keçiriləcək "Legiya” – "Qarabağ” qarşılaşması Bakı vaxtı ilə 22:00-da start götürəcək.(apasport.az)

Oxşar xəbərlər

"Qarabağ" Polşaya nə vaxt yola düşür? - səfər proqramı açıqlandı
"Qarabağ"ın Polşaya səfər proqramı bəlli oldu
"Qarabağ" Polşaya yollanır - "Legiya" - "Qarabağ"
"Qarabağ" - "Neftçi" oyununun vaxtı dəyişdiriləcək
“Qarabağ”ın Madrid planı açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər