reklam
İranlı iş adamı Azərbaycan klubunun sponsoru oldu -
Sportfm.az xəbər saytı

İranlı iş adamı Azərbaycan klubunun sponsoru oldu -ÖZƏL


Futzal üzrə Yüksək Liqanın yeni mövsümünə hazırlıqlarını davam etdirən "Yasamal" klubu yeni sponsorla anlaşıb. 

Bu haqda Sportfm.az saytına 2014-cü ildə komandanı təsis edən Orxan Allahverdiyev məlumat verib:"Ötən mövsüm çıxışımızdan razı qalmadım. Komandanın heyətini gücləndirmək istəyirdim. Bunun üçün sponsor axtarışına çıxdıq. Bir çox təklifləri gözdən keçirdik. Və sonda iranlı iş adamı Hossein Hafizi ilə ortaq məxrəcə gəldik. Yeni mövsümdə komandanın maliyyə xərclərini öz üzərinə götürəcək biznesmen futzala yad adam deyil. O uzun illərdir İranda bu sahəyə sərmayə yatırır". "Yasamal"ın idman direktoru iranlı iş adamının Azərbaycan klubuna maraq göstərməsinə də aydınlıq gətirib:"Bizim heyətimizdə xeyli sayda iranlı futzalçı çıxış edir. Ona görə son zamanlar oyunların canlı yayımlanması ilə də əlaqədar qonşu ölkədə "Yasamal"a maraq artıb. Növbəti mövsüm komandamıza bir neçə iranlı oyunçu cəlb etməyi planlaşdırırıq".

Klub rəsmisi yeni mövsümdə hədəflərini də açıqlayıb:"İddialı klub olacağıq. Mükafatçılar sırasına düşmək, hətta qızıl medalları belə qazanmaq istəyirik. Uzun müddətdir əsas heyətimizdə yer alan oyunçularımızla müqavilələrimizi yeniləmişik." Allahverdiyev boş qalan baş məşqçi postuna bir neçə namizədin olduğunu da söyləyib:"Klubun yeni sponsoru bu məsələdə tələsmir. Düzgün seçim etmək fikrindəyik. Uzun müddətli bir planımız var. Ona uyğun çalışdırıcı olmalıdı. Ölkə futzalının inkişafına töhfə vermək istəyirik."

Qeyd edək ki, hələ ki, Yüksək Liqada cəmi 6 klub iştirakını təsdiqləyib. 

 

Oxşar xəbərlər

İran televiziyası "Futsal Time" verilişi ilə bağlı süjet hazırlamaq üçün Bakıya gəldi
Futzal Federasiyası "Qarabağ"ı razı saldı - ÖZƏL
Zaur Axundov oyunçuların maaşlarını ödəyə bilmir - ÖZƏL
Hamed Rza Farzani:"Daha güclü "Yasamal" görəcəksiniz"
"Neftçi"ni çempion edən mütəxəssis yeni klubunun hədəflərini açıqladı - ÖZƏL

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər