Aftandil Hacıyev:"Müsbətə doğru dəyişiklik var"
Topaz Premyer Liqasının II turunda “Səbail” doğma meydanda "Qarabağ"a 0:2 hesabıyla uduzub.
Sportfm.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında “şirlər”in baş məşqçisi Aftandil Hacıyev fikirlərini bölüşüb:
“Legionerlərimiz son iki həftədir bizə qoşulub. Çatışmayan cəhətimiz odur ki, komanda birlikdə çox az oynayıb. Bugünkü oyunda deməzdim ki, istədiyimiz tam alınmadı. “Qarabağ” kimi komadaya qarşı oyunda bir neçə qol epizodu yaxaladıq. Oyundan-oyuna hiss edirəm ki, müsbətə doğru dəyişiklik var. Sadəcə, itkilərimiz, zədəli oyunçularımmz var. Çempionatın əvvəlləridir. Təqvim də hələ ki bizim üçün uğursuzdu. Güclü komandalarla qarşılaşmışıq. Gələcəkdə daha yaxşı olacağını düşünürəm”.(sportal.az)
Oxşar xəbərlər
"İstədiyimiz oyunu göstərə bilmədik" - Aftandil Hacıyev
Hacıyev postunda qalır - Növbəti mövsüm üçün
"Epizodları boşa verdik" - Aftandil Hacıyev
"Hakimlik bərbad idi" - Aftandil Hacıyev
"Müdafiəçilərimizin oyunundan narazıyam" - Aftandil Hacıyev
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası