"İstədiyimiz oyunu göstərə bilmədik" -Aftandil Hacıyev
“Ötən mövsüm olduğu kimi, bu dəfə də 1/8 final mərhələsində rəqibimiz I divizion təmsilçisi “Zaqatala” oldu. Onlar ötən il də bizə çətin anlar yaşatmışdılar”.
Sportfm.az xəbər verir ki, bu sözləri “Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan kubokunun 1/8 final mərhələsində “Zaqatala” üzərində 3:1 hesabı ilə qalib gəldikləri oyun barədə danışarkən deyib.
Hacıyev aşağı liqa təmsilçisinin onlara qarşı yaxşı müqavimət göstərdiyini söyləyib: “Meydanda bərabər mübarizəli oyun izlədik. Futbolçularımız uzun yol qət etmişdilər. Yorğunluq səbəbindən oyundan qopurdular. Bizim üçün çətin görüş oldu. Bilirdik ki, istəkli komandaya qarşı çıxış edəcəyik. Xüsusən də, azarkeşləri qarşısında daha istəkli olacaqdılar. Bu mərhələ bir oyundan ibarət olduğundan, istənilən səhv başa başa gələ bilər. Qələbə qazanaraq növbəti mərhələyə adlamağı bacardıq. Nəticə yaxşı olsa da, oyundan narazıyam. İstədiyimiz oyunu göstərə bilmədik. Bunun müxtəlif səbəbləri oldu. Hətta matçdan bir gün əvvəl məşq də etmədik. Birinci hissədə Nikolas Rayselin əzələsində problem oldu. Oyunumuzda dəyişiklik etməli oldu. Fasilədən sonra qolları vursaq da, rəqib son dəqiqələrdə təzyiqi artırdı. Zaqatala Premyer Liqada təmsil olunmağa layiq rayondur. İnanırıq ki, futbol həyəcanı yenidən bölgələrə qayıdacaq”.
Çalışdırıcı Premyer Liqanın XIV turunda “Sabah”a qarşı dekabrın 16-da keçiriləcək matça da eyni məqsədlə çıxacaqlarını bildirib. O, ölkə kubokunun 1/4 final mərhələsindəki rəqibləri “Zirə”ni də fərqləndirib: “İlin “Sabah”a qarşı keçirəcəyimiz son oyununa hazırlaşacağıq. İli qələbə ilə tamamlamaq istəyirik. O ki qaldı 1/4 finaldakı rəqibimiz “Zirə”yə, son vaxtlar ən yaxşı formada olan komanda ilə qarşılaşacağıq”. (Apasport.az)
Oxşar xəbərlər
""Sabahdan qorxmuruq" - Mirabdulla Abbasov
"Oyunlara normal qaydada hazırlaşırıq" - Mahir Emreli
"Rəqib sonadək bizə çətin anlar yaşatdı" - Aftandil Hacıyev
"Onlar gözümüzün önündə yetişiblər" - Sənan Qurbanov
Final matçı öncəsi məşqçilər nədən danışdı?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası