Bakıda "GymBala" adlı beynəlxalq turnirə start verildi
Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə "GymBala" adlı beynəlxalq turnirə start verilib.
Sportfm.az xəbər verir ki, iki gün davam edəcək yarışlarda fərdi proqramda 2011-2013, 2008-2010, 2006-2007, 2003-2005-ci il təvəllüdlü, qrup hərəkətləri proqramında isə 2011-2013, 2008-2010, 2006-2007 və 2003-2005-ci il təvəllüdlü gimnastlar çıxış edəcəklər.
Təcrübəli gimnastlarla yanaşı, daha az yaşlı gimnastların da çıxış edəcəyi turnirdə iştirakçılar həm çöxnövçülük, həm də ayrı-ayrı alətlər üzrə medallar uğrunda mübarizə aparacaqlar.
Yayın son gimnastika yarışında Bakı Gimnastika Məktəbi, "Ocaq Sport" Klubu, "AyUlduz" Klubu, Sərhədçi İOM, "Zirvə" İdman Klubu, o cümlədən Sumqayıt, Zirə, Qusar, Gəncə, Mingəçevir, İsmayıllı, Göyçay, Şağan, Zaqatala, Zabrat, Şirvan təmsilçiləri ilə yanaşı, Qazaxıstan, Ukrayna və Misirdən olan ümumilikdə 130-dan çox gimnast da iştirak edəcək.
Oxşar xəbərlər
Azərbaycan çempionatı start götürdü - Bədii gimnastika üzrə
Bədii gimnastika üzrə 25-ci Azərbaycan Birinciliyinin üçüncü günü başladı - FOTO
Bədii gimnastika üzrə 25-ci Azərbaycan birinciliyi keçiriləcək
Bədii gimnastika üzrə 25-ci Azərbaycan çempionatı və Bakı birinciliyi davam edir
Bədii gimnastika üzrə Azərbaycan çempionatı və Bakı birinciliyi start götürdü
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası