reklam
Bədii gimnastika üzrə 25-ci Azərbaycan çempionatı və Bakı birinciliyi davam edir
Sportfm.az xəbər saytı

Bədii gimnastika üzrə 25-ci Azərbaycan çempionatı və Bakı birinciliyi davam edir


Bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 25-ci Azərbaycan çempionatı və Bakı birinciliyinin ikinci günü start götürüb.

Sportfm.az ki, bu gün 2006-2007, 2003-2005 və 2002-ci il təvəllüdlü gimnastların fərdi çıxışları baş tutacaq. Qaliblər çoxnövçülük xalına görə müəyyənləşəcək.

Qeyd edək ki, yarışlarda Bakı Gimnastika Məktəbi, "Ocaq Sport" Klubu, "AyUlduz" Klubu, Sərhədçi İOM, Respublika Kompleks İdman Məktəbi, "Zirvə" İdman Klubu, o cümlədən Qusar və Gəncə şəhərlərini təmsil edən ümumilikdə 117 gimnast çıxış edəcək.

Üç gün boyunca davam edəcək turnirdə tamaşaçıların əyləncəli vaxt keçirməsi üçün maraqlı müsabiqələr və fleşmoblar da təşkil olunacaq.

Oxşar xəbərlər

Azərbaycan çempionatı start götürdü - Bədii gimnastika üzrə
Bədii gimnastika üzrə 25-ci Azərbaycan Birinciliyinin üçüncü günü başladı - FOTO
Bədii gimnastika üzrə 25-ci Azərbaycan birinciliyi keçiriləcək
Bakıda "GymBala" adlı beynəlxalq turnirə start verildi
Bədii gimnastika üzrə Azərbaycan çempionatı və Bakı birinciliyi start götürdü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər