Ruslan Qurbanov Baqali Daboya "mejdu nog" atdı, Saşa Yunisoğlu "gücünü göstərdi" -VİDEO
Bakıda ilk dəfə "Panna Batl" üzrə turnir keçirilib.
Sportfm.az xəbər verir ki, tədbirdə Rusiyada "Panna Pro" üzrə çempion olan həmyerlimiz Elxan Salahov da iştirak edib. Top sehrbazı vaxtilə futbol üzrə milli komandamızın şərəfini qorumuş Samir Əbdürrəhmanov, Saşa Yunisoğlu, həmçinin "Səbail" və millimizin üzvü Ruslan Qurbanov, "Qəbələ"nin futbolçusu İlqar Qurbanov, futzal yığmamızın formasını geyinən Ramiz Çovdarov, "Neftçi"nin hücumçusu Baqali Dabo, "Şüvəlan"da çıxış edən və gecənin təşkilatçısı olan Nuqzar Kvirtiya ilə yarışıb. Bir-birindən maraqlı anların yaşandığı tədbirin sonunda Saşa Yunisoğlu ən maraqlı top sehrbazı ünvanına yiyələnib. Gecədə iştirak edən bütün qonaqlara hədiyyələr verilib. Tədbirin ən maraqlı duellərindən biri "Səbail"in forvardı Ruslan Qurbanovla "Neftçi"nin legioneri Baqali Dabo arasında yaşanıb. Aşağıdakı videoda kimin qalib gəldiyini izləyə bilərsiniz.
Oxşar xəbərlər
Saşa Yunisoğlu məşqçi kimi U-19-a ilk uğurunu qazandı
Baqali Dabo yeni klubunun formasında - FOTO
Millimizin sabiq futbolçusunu Bakıda döydülər - HADİSƏ
Qəbələ yarımfinalda
"Səbail" Almaniya klubu ilə heç-heçə etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası