reklam
1,7 milyard avroluq oyun -
Sportfm.az xəbər saytı

1,7 milyard avroluq oyun -UEFA Super Kuboku


UEFA Super Kubokunda Çempionlar Liqasını qazanan "Real"la Avropa Liqasının qalibi olan "Atletiko" üz-üzə gələcəklər. 

Sportfm.az xəbər verir ki, "Transfermarkt" Madrid derbisinin dəyərini açıqlayıb. Belə ki, bu oyunda bütün futbolçuların ümumi dəyəri 1,7 milyard avrodur. "Real"ın 977 milyon 300 min avro, "Atletiko"nun isə 807 milyon avroluq heyəti var. 

"Real"dan ən bahalı futbolçu 90 milyon avro ilə Qaret Beyldir. "Atletiko"da isə ən bahalı futbolçu 120 milyon qiyməti olan Antuan Qrizmandır. 

UEFA Super Kuboku Estoniyanın paytaxtı Tallin şəhərində keçiriləcək. Avqustun 15-də başlayacaq oyunun start fiti Bakı vaxtı ilə 23:00-da səslənəcək.

Oxşar xəbərlər

Ən bahalı heyəti olan klublar - SİYAHI
La Liqanın ən bahalı futbolçusu
Bu yayın ən bahalı transferləri - SİYAHI
Bakıda 1,5 milyard avro dəyərində oyun
10 ildə transferə ən çox pul xərcləyən klublar - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər