reklam
Sportfm.az xəbər saytı

""Qarabağ"la bizi ağır oyunlar gözləyir" -Simon Rumbullaku


Çempionlar Liqasının II təsnifat mərhələsidə "Qarabağ"la qarşılaşacaq "Kukesi"nin müdafiəçisi Simon Rumbullaku Albaniya mətbuatına açıqlama verib.

Sportfm.az xəbər verir ki, 27 yaşlı futbolçu Azərbaycan çempionunu Avropada tanınan klublardan hesab etdiyini bildirib.

"Çempionlar Liqasında mərhələ adlamaq əla oldu. "Valletta"nı keçmək asan deyildi. Çünki rəqib pis çıxış etmədi. Yolumuza davam etdiyimiz üçün sevincliyik. "Qarabağ" kimi yüksək səviyyəli komanda ilə qarşılaşmaq daha yaxşıdır. Onlar Avropanın tanınmış klublarındandır. Belə rəqibə qarşı psixoloji cəhətdən daha yaxşı hazırlaşa bilirsən. Valletta bizə rəqib olanda onları asanlıqla keçəcəyimizi düşünürdük. Ancaq belə olmadı. Bizi çox ağır oyunlar gözləyir. Çünki "Qarabağ" çox güclüdür. Buna baxmayaraq, mərhələ adlamaq üçün əlimizdən gələni edəcəyik".

"Qarabağ"la "Kukesi" arasında ilk oyun iyulun 25-də Albaniyada, cavab qarşılaşması isə ölkəmizdə keçiriləcək.

Oxşar xəbərlər

"Qarabağ"ın azarkeşləri qarşısında tab gətirmək asan deyil" - Stanislav Draqun
"Qarabağ" növbəti mərhələyə yüksəldi
"Qarabağ"la "Kukesi" arasında böyük fərq yoxdur"
"Kukesi"nin futbolçusu: "İnanıram ki, "Qarabağ"la oyunda tanrı bizimlə olacaq"
“Qarabağ”ın mümkün rəqiblərindən qolsuz bərabərlik

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər