reklam
Güləşçilərimiz baş məşqçinin doğma yurdunda -
Sportfm.az xəbər saytı

Güləşçilərimiz baş məşqçinin doğma yurdunda -FOTO


Sərbəst güləşçilərimiz öz növbəsində, dünya çempionatına hazırlığını davam etdirirlər.  

Sportfm.az xəbər verir ki, İstanbulda Yaşar Doğunun xatirə yarışda qüvvəsini sınayan komandamız Türkiyədə 2-həftəlik təlim-məşq keçib. 

Sonra çalışmaları paytaxtda sürdürən millimiz yenə səfərə çıxıblar. Amma onlar da ölkə dışına deyil, məmləkət içinə üz tutublar.  

“Klassiklər”imiz Göygöldə düşərgə salıb. Sərbəst güləş yığmamız baş məşqçi Firdovsi Umudovun doğma yurdu Qazaxda bir araya gəlib. 

Fiziki hazırlığı Çaylıda keçən bahadırlarımız bir müddət sonra rayonun olimpiya idman kompleksində taktiki-texniki çalışmaya başlayacaqlar. Məşqlərə gənclərdən ibarət komandanın aparıcı üzvləri də qoşulublar.

Oxşar xəbərlər

Millimiz Qazaxıstanla birgə hazırlaşır
Güləşçilərimiz Avropa çempionatına Göygöldə hazırlaşır
Güləşçilərimiz dünya çempionatına hazırlaşırlar - FOTO
Güləşçilərimiz reytinq yarışlarına Türkiyədə hazırlaşır
Güləşçilərimiz reytinq xarakterli beynəlxalq turnirlərə hazırlaşır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər