reklam
Güləşçilərimiz reytinq yarışlarına Türkiyədə hazırlaşır
Sportfm.az xəbər saytı

Güləşçilərimiz reytinq yarışlarına Türkiyədə hazırlaşır


Güləş üzrə yığma komandalarımız təqvim planında nəzərdə tutulan qrafik üzrə qarşıdan gələn reytinq xarakterli beynəlxalq turnirlərə hazırlığı davam etdirirlər.

Sportfm.az xəbər verir ki, yığma komandalarımız bu dəfə ki təlim-məşq toplanışını Türkiyədə keçirlər. Bu məqsədlə hər üç güləş növü üzrə yığmamızın üzvləri İstanbuldadır.

Ayın əvvəlindən qardaş ölkəyə yollanan yunan-Roma yığmamızın iştirak etdiyi təlim-məşq toplanışında Türkiyə ilə yanaşı, Hindistan, Qırğızıstan, Gürcüstan, Bolqarıstan, Estoniya, Litva, Ukrayna və Moldova komandaları da hazırlıq keçirlər. Yığmamızın üzvləri iyulun 20-22-də İstanbulda keçiriləcək Vehbi Emrenin xatirəsinə həsr olunan reytinq xarakterli beynəlxalq turnirdə qüvvələrini sınayacaqlar.

Sərbəst və qadın güləşi üzrə yığmamızın üzvləri də ötən həftədən İstanbulda təlim-məşq toplanışına başlayıblar. Sərbəst güləşçilərimiz Hindistan, Türkiyə, Belarus, Ukrayna və Tatarıstan komandaları ilə birgə hazırlıq keçirlər. Qadın güləşçilərin təlim-məşq toplanışında isə yığmamızla yanaşı Türkiyə və Hindistan komandaları da iştirak edirlər. Təlim-məşq toplanışı başa çatdıqdan sonra güləşçilərimiz iyulun 27-29-da İstanbulda keçiriləcək Yaşar Doğunun xatirəsinə həsr olunan reytinq xarakterli beynəlxalq turnirdə sınaqdan keçiriləcək.

Oxşar xəbərlər

Güləşçilərimiz beynəlxalq turnirdə 5 medal qazandı - FOTO
Güləşçilərimiz reytinq xarakterli beynəlxalq turnirlərə hazırlaşır
Güləşçilərimiz Avropa çempionatına hazırlaşır
Qadın güləşçilərimiz Ukraynada - FOTO
Güləşçilərimiz hazırlıqlarını İstanbulda davam etdirir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər