İraq millisi saqqala görə Asiya Oyunlarına getmədi
İraqın 16 yaşlılardan ibarət milli komandasında oyunçuların yaşlarının 18-dən yuxarı olduğu aşkarlanıb.
sportfm.az xəbər verir ki, bu qalmaqal gənclərdən ibarət milli komandasının Asiya Oyunları yarışına gedən zaman ortaya çıxıb.
Yarışda Hindistan, Yaponiya, Yəmən, İordaniya kimi ölkələrin gənclərdən ibarət milli komandası mübarizə aparır. İordaniya paytaxtı Omanda keçiriləcək yarışa getmək istəyən İraq komandasından Bağdad hava limanında şübhələniblər. Rəsmilərin apardığı araşdırmadan sonra məlum olub ki, komandanın 9 oyunçusunun yaşı 16-dan çoxdur.
Komanda üzvlərinin diqqəti çəkməmək üçün təlimatlandırıldığı qeyd edilir. Futbolçulardan gənc görünmək üçün saqqallarını qırxmaq tələb edilib.
Skandaldan sonra Asiya Oyunlarında mübarizə aparacaq İraq komandası yarışa getməyib.
Oxşar xəbərlər
İranlı İraq yığmasının baş məşqçisi oldu
Yoxlama oyunu vizaya görə ləğv olundu - İnsident
Pakistan Asiya çempionatından imtina etdi
Velosipedçilərimiz İranda yarışacaq
Millinin heyətində 9 "lipa" çıxdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası