reklam
Millinin heyətində 9
Sportfm.az xəbər saytı

Millinin heyətində 9 "lipa" çıxdı


Hindistan, Yaponiya, Yəmən, İordaniya, İraq kimi ölkələrin futbol üzrə U-16 milli komandalarının qatılacağı turnirlə bağlı qalmaqal baş verib. 

Sportfm.az xəbər verir ki, İraq millisinin üzvləri Bağdad hava limanında yoxlanışdan keçərkən diqqət çəkiblər. 

Məlum olub ki, komanda üzvlərindən 9-nun yaşı saxtalaşdırılıb. Yəni 9 futbolçunun “lipa” olduğu ortaya çıxıb. 

Sonra isə məlum olub ki, milli komandanın rəsmiləri yaşlarından daha kiçik görünmələri üçün futbolçulardan saqqallarını kəsmələrini istəyib. 

Həmin futbolçuların may ayında İraqda keçirilən seçkilərdə iştirak etdiyi də məlum olub. Bu isə onların yaşının 18-dən çox olduğunu göstərir. 

Bu hadisədən sonra İraq milli komandasının Asiya oyunlarında iştirakdan imtina etdiyi bildirilir. Asiya oyunlarında İraqın U-23 millisi iştirak edəcəkdi. 

FİFA-nın məsələylə bağlı hansı mövqe tutacağı maraq doğurur. Dünyanın ali futbol qurumu beynəlxalq yarışlara ev sahibliyi etməsi ilə bağlı İraqa tətbiq etdiyi qadağanı mart ayında aradan götürmüşdü.

Oxşar xəbərlər

İranlı İraq yığmasının baş məşqçisi oldu
Yoxlama oyunu vizaya görə ləğv olundu - İnsident
Millinin sabiq üzvü dünyasını dəyişdi - Koronavirusdan
İraq millisi saqqala görə Asiya Oyunlarına getmədi
Dünyanın ən böyük stadionunu İraqda tikəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər