reklam
Sportfm.az xəbər saytı

"Qarabağ" - "Molde" cütünün potensial rəqibi məlum olacaq -Çempionlar Liqası


Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılacaq.

Sportfm.az xəbər verir ki, püşkatma nəticəsində "Qarabağ"ın növbəti raunddakı potensial rəqibi də bəlli olacaq. 

Ağdam təmsilçisi III təsnifat mərhələsində Norveçin "Molde" klubunu mübarizədən kənarlaşdıracağı təqdirdə, budəfəki püşkdə səpələnməmişlər səbətində yer alacaq.

1 sentyabr
Püşkatma mərasimi

Çempionlar Liqası, Pley-off mərhələsi

Çempionlar Yolu
Səpələnmişlər

“Zaltsburq” (Avstriya)
“Olimpiakos” (Yunanıstan)
“Ferentsvaroş” (Macarıstan) - “Dinamo” (Zaqreb, Xorvatiya) cütünün qalibi 
“Slaviya” (Praqa, Çexiya)

Səpələnməmişlər
“Midtüllann” (Danimarka) - “Yanq Boyz” (İsveçrə) cütünün qalibi
“QARABAĞ” (AZƏRBAYCAN) - “Molde” (Norveç) cütünün qalibi
“Omoniya” (Kipr) - “Srvena Zvezda” (Serbiya) cütünün qalibi
“Makkabi” (Təl-Əviv, İsrail) - “Dinamo” (Brest, Belarus) cütünün qalibi 

Liqa Yolu
Səpələnmişlər

PAOK (Yunanıstan) - “Benfika” (Portuqaliya) cütünün qalibi
“Dinamo” (Kiyev, Ukrayna) - AZ (Alkmaar, Niderland) cütünün qalibi

Səpələnməmişlər
“Gent” (Belçika) - “Rapid” (Vyana, Avstriya) cütünün qalibi
“Krasnodar” (Rusiya)

Qeyd edək ki, "Qarabağ" - "Molde" oyunu sentyabrın 15-i və ya 16-da Bakıda keçiriləcək.

Pley-off mərhələsinin ilk matçları 22 - 23 sentyabr, cavab qarşılaşmaları idə 29 - 30 sentyabr tarixlərində oynanılacaq.

Oxşar xəbərlər

Pley-off cütləri müəyyənləşdi - Çempionlar Liqası
"Qarabağ"ın növbəti rəqibi müəyyən olacaq - Çempionlar Liqası
"Qarabağ"ın potensial rəqibləri məlum oldu - Oyun harda olacaq?
"Qarabağ"ın Avropa Liqasında potensial rəqibləri azaldı
"Qarabağ" "Ayaks"la qarşılaşa bilər...Ağdam klubunun potensial rəqibi məlum olur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər