Məmmədyarov dünya çempionunu geridə qoydu
Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov İsveçrənin Bile şəhərində böyük şahmat festivalı çərçivəsində keçirilən Qrossmeysterlər Turnirində birinci yerə yüksəlib.
Sportfm.az xəbər verir ki, 6-cı turda qara fiqurlarla oynayan idmançımız yerli şahmatçı Niko Georgiadisə qalib gəlib.
Dünya çempionu, norveçli Maqnus Karlsen liderdən yarım xal qalır. Turnirin ilk iki turunda qalib gələn dünya çempionu sonrakı dörd görüşün hamısını heç-heçə başa vurub.
Altıncı turda Karlsenin rəqibi Çexiya nümayəndəsi David Navara olub.
Beləliklə, 6 turdan sonra 4,5 xal toplayan Məmmədyarov liderdi. Onu Karlsen (4 xal), Svidler, Navara, Vaşye-Laqrav (hamısı 3 xal) və Georgiadis (1,5) təqib edirlər.
Növbəti turun oyunları iyulun 29-da keçiriləcək.
Oxşar xəbərlər
Azərbaycanlı ermənini mat etdi - Çempionlar Turu
Məmmədyarov Aronyana rəqib oldu - Çempionlar Turu
"ShamkirChess 2019": Məmmədyarov Karlsenlə qarşılaşacaq
Dünya çempionu azərbaycanlı qarşısında mat oldu
“Shamkir Chess 2018” heç-heçələrlə başladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Birbaşa Bakı” mübarizəni dayandırdı - Çempionlar Liqası
-
Azərbaycan Qran-Prisində 2-ci gün başladı
-
Hakimimiz FİDE-nin xüsusi mükafatına layiq görüldü
-
“Xankəndi” baş məşqçisi ilə yollarını ayırdı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Azərbaycan boksçusundan gümüş medal - Avropa çempionatı















Misli Premyer Liqası