• 04:27 Çərşənbə axşamı
    9 Mart 2021
SportFM.Az
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar
Zaur İsmayılov:

Zaur İsmayılov: "Maksimov oyunla bağlı heç nə demədi"

“Keşlə” Avropa Liqasının I təsnifat mərhələsində ilk oyunda Maltada 1:4 hesabı ilə uduzduğu “Baltsan”ı qəbul edəcək. 
Sportfm.az xəbər verir ki, Yuri Maksimovun istefasından sonra komandanı oyuna baş məşqçi kimi çıxaracaq Zaur İsmayılov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. 
- İlk görüşdə darmadağın olduq. Buna baxmayaraq, doğma divarlar arasında rəqibi lazım olan hesabla məğlub etməyə çalışacağıq. Səfərdə üstünlük bizdə olsa da, səhvlərdən qollar buraxdıq. Müdafiə inamsız çıxış etmişdi. Çalışacağıq ki, istədiyimiz nəticəni əldə edək. 
- Yuri Maksimovun gedişi komandaya pis təsir etdi, yoxsa “Baltsan”a məğlubiyyət?
- 1:4 hesablı məğlubiyyət daha öncə olmuşdu. Məlum hadisələr isə 2 gün öncə baş verdi. Məncə, ən çox məğlubiyyətimiz təsir etdi. 
- Məğlubiyyətin əvəzini çıxacağınıza nəyə əsasən inanırsız?
- Rəqib zəif deyil. Baxmayaraq ki, Malta klubudur. Gərək hər oyuna ciddi yanaşasan. Onların üstün tərəfi əks-hücumlar idi. Üstün cəhətlərində yararlana bildilər. Səhvlərimizdən qollar buraxdıq. Bizim də şanslarımız olmuşdu. Ona görə ümid edirəm ki, sabah əlimizə düşən şanslardan istifadə edib qalib gələcəyik. 
- Sabah sizin üçün ciddi sınaqdır. Hansı məqamlara ciddi yanaşacaqsız?
- Zəif cəhətlərini maksimum şəkildə analiz etmişik. Onlar müdafiə olunacaq. Bu da çətin olacaq. Müdafiə olunan komandaya qarşı oynamaq çətindir. 
- Əsas heyətdə dəyişikliklər olacaqmı?
- Heyətdə 2 dəyişiklik olacaq. Bahodir Nasimov ola bilsin ki, start heyətdə yer alsın. Hücumameyilli oynayacağıq. Andre Klennon, Amil Yunanov və Bahodir Nasimov üçlüyü start heyətdə ola bilər. 
- Yuri Maksimovun oyun sistemi ilə oynaycaqsız?
- İndi demək istəməzdim. Məcburuq ki, ilk dəqiqələrdən hücum edək. İlk oyunda “Baltsan” müdafiədə oturub, əks-hücunmlarda oynadı. 
- Pərdis Fərcad-Azadın “Keşlə”yə qayıtması gözlənilir?
- Transferlərimiz başa çatıb. Baş məşqçimiz də açıqlamasını vermişdi. Hazırda bu məsələ gündəmdə deyil. 
- Zaur Axundov komanda ilə görüşüb?
- Oyundan sonra da bizimlə görüşmüşdü. Bizə dedi ki, başınızı qaldırın, bir oyun da var! Komanda ilə görüşdü, məşqlərdə oldu. Komandaya motivasiya verir. Mərhələ keçə biləcəyimizə inanır. 
- Sabah “Keşlə” hansı cəhətlərə görə mərhələni adlamaya bilər?
- Müdafiə səhvindən qol buraxmağa haqqımımz yoxdur. Arxa xəttdə ayıq-sayıq olmalıyıq. Hücum xəttində isə daha yaxşı çıxış etməliyik. Məncə, geridönüş etmək olar. 
- Yuri Maksimov ayrılanda sizə oyunla bağlı hansısa göstərişlər verdi? “Baltsan”ı necə mübarizədən kənarlaşdırmaq haqda sizinlə söhbəti oldumu?
- O, sağollaşdı və uğurlar arzuladı. Amma oyunla bağlı heç nə demədi. 
- Sabah baş məşqçi kimi avrokuboklarda ilk oyuna çıxacaqsınız. Təcrübəli Yuri Maksimovdan nələr öyrənmisiz?
- Onun özünə uyğun oyun sistemi. Ondan götürəsi şeylər çoxdur. Hər məşqçidən çalışıram nəsə götürüm. Maksimov hücum futboluna üstünlük verirdi. 
- Sabah müsbət nəticə qazansaz, postunuzda qala bilərsiz?
- Bu haqda bilmirəm. Rəhbərlik qərar verəcək.(sportal.az)
скачать dle 10.4 UTF-8Forex для начинающих

18-07-2018
371
REKLAM
Etketlər
DİGƏR XƏBƏRLƏR
24-10-2018
"Ən yaxşı oyunlarımızdan birini keçirməyə çalışacağıq" - Qurban Qurbanov
31-07-2018
Qurban Qurbanov:
Qurban Qurbanov: "Avtobus qurma dəb halına düşüb"
19-07-2018
"Keşlə" Malta səddini keçə bilmədi
17-07-2018
“Almeydanın gedəcəyini təxmin edirdim” –
“Almeydanın gedəcəyini təxmin edirdim” – Qurban Qurbanov
17-07-2018
"Qarşıma şərt qoymağa başladılar" - Yuri Maksimov
16-07-2018
Yuri Maksimov “Keşlə”dən getdi
Yuri Maksimov “Keşlə”dən getdi
12-07-2018
"Keşlə" darmadağın oldu
12-07-2018
“Keşlə” Maltada oyunöncəsi son məşqinə çıxdı
“Keşlə” Maltada oyunöncəsi son məşqinə çıxdı
11-07-2018
"Keşlə" "Baltsan"la oyunlar üçün 22 futbolçu sifariş verdi - SİYAHI
21-06-2018
Yuri Maksimov danışdı:
Yuri Maksimov danışdı: "Bizi maraqlı duel gözləyir"
12-05-2018
Yuri Maksimov
Yuri Maksimov "Keşlə"dən getdi?
21-04-2018
Yuri Maksimov:
Yuri Maksimov: Hələ ki, mükafat verilməyib
12-04-2018
Yuri Maksimov:
Yuri Maksimov: Mən burda qalan deyiləm
25-12-2017
Yuri Maksimovun köməkçiləri müəyyənləşdi
Yuri Maksimovun köməkçiləri müəyyənləşdi
17-10-2017
Qarabağdan xəbərsiz Simeone “Qarabağ” haqda nə düşünür?
Qarabağdan xəbərsiz Simeone “Qarabağ” haqda nə düşünür?
  Xəbər Lenti
"Hücumçuya ehtiyacımız var" - Sənan Qurbanov 8.03.2021, 21:30
"Yayda yenidən danışıqlar ola bilər" - Samir Abasov 8.03.2021, 21:23
"Neftçi" qələbə qazandı - Azərbaycan Premyer Liqası 8.03.2021, 20:53
“Sabah” 1-1 “Sumqayıt” - VİDEO 8.03.2021, 19:49
"Gecəylə transfer etmək imkanımız yoxdur" - Ayxan Abbasov 8.03.2021, 19:11
"Ayağımızda top görmədim" - Visente Qomes 8.03.2021, 18:50
"Sabah" "Sumqayıt"la bərabərə qaldı - Premyer Liqa 8.03.2021, 18:46
Yarımfinalın püşkü atıldı - Almaniya kuboku 8.03.2021, 14:46
De Byazidən iddialı açıqlama - "Sübut edəcəyik" 8.03.2021, 14:07
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Neftçı 17 33
2 Qarabağ 17 33
3 Zirə  17 28
4 Sumqayıt   17 23
5 Qəbələ 17 21
6 Səbail 17 16
7 Keşlə 17 15
8 Sabah 17 15
Ətraflı
14-02-2021
TopazAZ
TopazAZ
14-02-2021
I divizion
I divizion
21-02-2021
"İnter" "Milan"ı məğlub etdi
13-02-2021
"Bu, Samir Abasovun görmək istədiyi "Neftçi" deyil" - VİDEO
2-03-2021
Ulduzlar Liqası başlayır -
Ulduzlar Liqası başlayır - Yeni mövsüm
11-02-2021
"Tik-Tok" AVRO-2020-nin sponsoru oldu
10-02-2021
"Azərbaycan futbolunda hamı yaşa baxır" - Vaqif Cavadov
12-02-2021
Portuqaliya Qran-Prisinin tarixi təsdiqləndi -
Portuqaliya Qran-Prisinin tarixi təsdiqləndi - Formula 1
11-02-2021
“Sevilya” – “Barselona” 2:0 -
“Sevilya” – “Barselona” 2:0 - VİDEO
17-02-2021
“Böyük dəbilqə”də 15 cüdoçumuz mübarizə aparacaq
“Böyük dəbilqə”də 15 cüdoçumuz mübarizə aparacaq
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Turan-Tovuz 14 32
2 Zaqatala 15 31
3 Neftçi-2 14 30
4 Sabah-2 14 29
5 Qarabağ-2 15 22
6 Kəpəz 13 16
7 Keşlə-2 14 11
8 Qaradağ Lökbatan 14 10
9 Sumqayıt-2  13 9
10 MOİK 14 6
Ətraflı
REKLAM
İdmanımız naminə Sportfm.az@gmail.com
© 2020 SPORTFM.AZ BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Ülvi Amon tərəfindən yığılıb