"Olimpiya"nın futbolçusu: "Qarabağ"dan qorxmuruq"
Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk matçında "Qarabağ"a 0:1 hesabı ilə uduzan Sloveniyanın "Olimpiya" klubunun yarımmüdafiəçisi Nika Kapun açıqlama verib.
Sportfm.az xəbər verir ki, 24 yaşlı futbolçu cavab matçında şansları haqda danışıb:
"İlk oyunda daha çox topla oynayan tərəf olsaq da, bəxtimiz gətirmədi və uduzduq. "Qarabağ" meydanda gözlənildiyi kimi təsir bağışlamırdı. Cavab matçında özümüzə inanırıq və rəqib qapısında təhlükə yaratmaq istəyirik. Mərhələ keçmək üçün bütün gücümüzü ortaya qoyacağıq. Yaxşı müdafiə oluna bilirik. Düşünmürəm ki, arxa xəttdə problem yaşansın. Rəqibdən qorxmuruq və qalib gəlməyi hədəfləyirik".
Qeyd edək ki, iyulun 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:00-da başlayacaq.
Oxşar xəbərlər
"Qarabağ" - "Lex" - Çempionlar Liqası
"Şansımız "Qarabağ"dan daha azdır"
"Qarabağ" - "Olimpiya" oyunu canlı yayımda
"Qarabağ"ın rəqibi 15 yaşlı futbolçu ilə anlaşdı
"Qarabağ" - "Olimpiya" matçının vaxtı açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Ordu" ilk oyununda qələbə qazandı - CEV Çelenc Kuboku
-
MOİK "Suqamyıt"la qarşılaşacaq - Yoxlama görüşü
-
Hakimi təhqir edən məşqçi və futbolçu cəzalandırıldı - QƏRAR
-
Türkiyə Belçikaya, İspaniya Çexiyaya qarşı - Millətlər Liqası
-
Azərbaycan komandasının bayraqdarları məlum oldu - Dakar-2026














Misli Premyer Liqası