reklam
Paris metrosu stansiyalarının adları dəyişdirildi
Sportfm.az xəbər saytı

Paris metrosu stansiyalarının adları dəyişdirildi


Rusiyada keçirilən futbol üzrə dünya çempionatında Fransa yığmasının qələbə qazanması şərəfinə Paris metrosunun bir neçə stansiyasının adları dəyişdirilib.

Sportfm.az xəbər verir ki, Paris metrosunun altı stansiyasının adlarına dəyişiklik edilib. Yeni adlar yığmanın futbolçularının, baş məşqçisinin adlarını və ya bilavasitə mundialda qələbəni köhnə adlara qoşmaqla söz oyunu yolu ilə tərtib edilib.

Məsələn, “Notr-Dam-De-Şam” stansiyası komandanın baş məşqçisi Didye Deşamın şərəfinə “Notr-Dam-Didye-Deşam”, “Viktor Hüqo” stansiyası isə qapıçı Uqo Lyorisin şərəfinə “Viktor Uqo Lyoris” adlandırılıb.

Xatırladaq ki, Xorvatiya millisini məğlubiyyətə uğradan Fransa yığması futbol tarixi ərzində ikinci dəfə, 1998-ci ildən isə birinci dəfə dünya çempionatının qızıl medalını qazanıb.

Oxşar xəbərlər

Deşam Fransa millisini tərk etdi - Atası dünyasını dəyişdi
Millinin baş məşqçisi dəyişmədi - DÇ-2022-də də yığmanı çalışdıracaq
"Monako" və PSJ futbolçuları Notr-Dama dəstək olacaqlar - FOTO
"Qızıl top" mükafatının sahibi müəyyənləşəcək
“Enfild” stadionunda Kenni Dalqlişin şərəfinə tribuna açıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər