Azərbaycanlı FİFA referisi haqda:"Mən nə biləydim ki, bu insan cildində şeytandır" - ŞOK
"Onun cəmiyyət içərisində yaşaması belə çox təhlükəlidi".
Bu sözləri Sportfm.az saytına müsahibəsində türkiyəli qadın iş adamı Jülide Şahan(Ad şərtidi. Qadın övladlarının olduğu üçün özünün və onun adının yazılmamasını xahiş etdi - red.) deyib. Kiçik bizneslə məşğul olan xanım sahibkarın belə danışmasına səbəb isə azərbaycanlı FİFA referisidi. Arxasını özündən eşidək:"Bir il yarım bundan öncə onunla tanış olduq. Türkiyədə beynəlxalq turniri idarə etməyə gəlmişdi. Azərbaycandan olduğunu deyən Y.Y(Hakimin şərti adı - red.)mənə FİFA hakimi olduğunu da söylədi. Sonra münasibət yarandı. Mənə bildirdi ki, həyat yoldaşı ölüb və ondan sonra evlənməyib. Mən isə dul qadınam. Bir müddət sonra yenidən görüşdük və mənə eşq elan etdi. Səbrli olmağını söylədim. O hər gün yeni yalanlar uydururdu. Deyirdi ki, mənim yerim sənin yanındı. Mən hər şeyimi atıb Türkiyəyə köçəcəm. Onun mənin qazancımdan da xəbəri vardı. Mən hardan bilim ki, bunun məqsədi mənim pullarımı mənimsəmək imiş. Yalandan arvadının öldüyünü söyləyəndə ona çox yazığım gəlmişdi. Aradan 6 ay keçdi, biz yenə görüşdük. Bu dəfə mənimlə evlənmək istədiyini, artıq mənsiz yaşaya bilmədiyini deyirdi. Təbii ki, belə olan təqdirdə mən hər heç nədən şübhələnmirdim. Sonra Bakıda birlikdə iş açmağı təklif etdi. Mənim pulum olduğunu yaxşı bilirdi. Mən ona inandım. Hər gün 100 dona girirdi. Ozünü yazıq adam kimi təqdim edirdi. Ona bunun üçün böyük miqdarda pul lazım olduğunu söylədi. Mən ona bu pulu verdim. Mən nə biləydim ki, bu insan cildində şeytandır. Belə insan oyunları idarə edirmiş. Təsəvvür edirsiniz!". Bu iki şəxsin münasibətində hər şey məhz bu olaydan sonra ortaya çıxır. Jülide xanım davam edir:"Ondan sonra yenə bir dəfə Türkiyəyə gəldi, daha çox pul lazım olduğunu dedi. Artıq şübhələnməyə başlamışdım. Ona telefon hədiyyə etmişdim. Bir dəfə həmin telefonda olan və mənim aldığım nömrənin votsapına mesaj yazdım. Sən demə həmin vaxt səfərə gedibmiş və telefonu evdə unudub. Mənə cavab gəldi. Yazan bir qadın idi. Mənim kimliyimi soruşdu. Eyni sualı mən də ona ünvanladım. Referinin həyat yoldaşı olduğunu qeyd etdi. Şokda idim. Ondan heç nəyi gizlətmədim. Açıq yazdım ki, mən filankəsəm. Və sənin həyat yoldaşınla uzun müddətdi birlikdəyəm. Daha sonra dəfələrlə zəngləşdik. Məlum oldu ki, onun gözəl ailəsi, övladları var". Bütün bunları bildikdən sonra Şahan hansı addımı atdığını belə izah etdi:"Y.Y məndən qaçırdı. Ailəsi dağılmaq üzrə idi. Xeyli miqdarda pulumu da almışdı. Yenə ürəyim dözmədi. Ailəsinin dağılmasını, uşaqlarının atasız qalmasını istəmirdim. Axı, mənim övladım atasız böyümüşdü, bunun nə olduğunu yaxşı bilirdim. Bakıya yollanmağı qərara aldım. Özümə ad günü keçirmək adı ilə "Ay işığı" restoranında bir ziyafət düzənlədim. Onun həyat yoldaşını və övladlarını da ora dəvət etdim. Oturduq, hər şey ətrafında əməlli söhbət etdik. Məlum oldu ki, bu onun birinci belə əməli deyil. Puldan ötrü dəfələrlə bu dona girib. Çoxlarının pulunu mənimsəyib. Mənimlə münasibət qurmaqda əsas məqsədi pulumu yemək imiş. Bu insan pula görə öz ailəsini zərbə altında qoymağa hazırdı. Onun hansı donlara girdiyini, mənə necə nağıllar danışdığını burda açıqlasam, çoxları dəhşətə gələcək. Mən hər kəsə demək istəyirəm ki, belə adamlardan uzaq durun. Onlar cəmiyyət üçün təhlükəlidi. Mən hazırda onun ailəsi ilə əlaqə saxlayıram. Pulumu isə qaytara bilmədim. Onu allaha həvalə etdim. Gec-tez cəzasını alacaq".
Qeyd edək ki, Jülide xanım onun əlində xeyli sayda şəkillərin və videoların olduğunu bildirib.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |